Turizmdə reytinq cədvəli dövrü gəlir
Azərbaycanda turizm sənayesi subyektlərinin reytinq cədvəlləri hazırlanacaq.
“Marja” xəbər verir ki, Azərbaycanda Turizm Reyestri yaradılır. Turizm Reyestrinin aparılma Qaydasında götərilir ki, Reyestr turizm sənayesinin subyektləri barədə məlumatların toplanılmasını, saxlanılmasını, istifadəsini və daxil edilən məlumatların dəqiqliyini, tamlığını və etibarlılığını, həmin məlumatlar əsasında turizm sənayesinin subyektlərinin reytinq cədvəllərinin formalaşdırılmasını, istifadəçilər tərəfindən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına əsasən açıq hesab edilən məlumatların əldə edilməsini, turizm sahəsində elektron xidmətlərin göstərilməsini, məlumatlandırma və maarifləndirmə işlərinin həyata keçirilməsini təmin edəcəkdir.
Turizm sənayesi subyektləri tərəfindən Reyestrə daxil edilmiş məlumatların əsasında sistem tərəfindən reytinq cədvəlləri formalaşdırılacaq.
Turizm sənayesinin subyektləri – səyahətin məqsədindən asılı olaraq turistlərə göstərilən yerləşdirmə, nəqliyyat (nəqliyyat vasitələrinin turistlərə kirayəyə verilməsi daxil olmaqla), turagent, turoperator, turizm bələdçisi, ictimai iaşə (qidalanma), əyləncə, idman-sağlamlıq, mədəni, işgüzar tədbirlərin təşkilini və turistlərin tələb və ehtiyaclarının ödənilməsini təmin edən digər turizm xidmətləri göstərən hüquqi və fiziki şəxslər, habelə turizm- təbliğat fəaliyyətini həyata keçirən, turizm təhsili və təlimi xidmətləri göstərən hüquqi şəxslər, turizm sənaye assosiasiyalarıdır.
Vətəndaşlar Turizm Reyestrinin portalına daxil olaraq turizm əraziləri, turizm məhsulları, turizm sahəsindəki şirkətlər haqqında məlumatlar almaqla bərabər reytinqlər ilə də tanış ola biləcəklər.
HƏMÇİNİN OXU:Azərbaycanda Turizm Reyestri yaradılır - BAŞ NAZİRDƏN QƏRAR
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
7 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
8 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 8 saat əvvəl
-
8 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 9 saat əvvəl
-
11 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 11 saat əvvəl
-
11 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
11 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir