Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycan şirkəti Gürcüstanda logistika layihələrinə investisiya yatırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan şirkəti Gürcüstanda logistika layihələrinə investisiya yatırır

Beynəlxalq yük daşınmaları ilə məşğul olan "Murphy Shipping and Commersial Servis Azərbaycan” şirkəti gələcək layihələr çərçivəsində “Murphy Shipping and Commersial Servis Azərbaycan” şirkəti Gürcüstanda logistika ilə bağlı bir neçə layihəyə investisiya yatırır.

 

“Marja”nın məlumatına görə, şirkətin Baş direktoru Sabir Əliyev bildirib ki, bu layihələr başa çatdıqdan sonra Azərbaycan - Gürcüstan və Rusiya arasında beynəlxalq tranzit yükdaşımalarının logistika qovşağı kimi xidmət göstərəcək.

 

Vaxtilə Böyük Britaniya təsisçiləri və sərmayəçilərinin dəstəyi ilə təsis edilmiş, hazırda isə 80 nəfərdən artıq azərbaycanlı işçiləri olan “Murphy Shipping and Commersial Servis Azərbaycan” şirkəti Xəzəryanı regionda və xüsusilə də Zaqafqaziyada avtomobil, hava, su, dəmir yolları ilə beynəlxalq yük daşınmaları həyata keçirir və gömrük brokeri, saxlanc (anbar) xidmətləri ilə məşğul olur.

 

Şirkətin Qaradağ rayonunda açıq sahəsi 8 min kvadratmetr, qapalı anbar sahəsi isə 2 min kvadratmetrdən ibarət olan anbar kompleksi var.

27.01.2020 04:35

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ