Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

İrana gedən Azərbaycan vətəndaşlarının sayında böyük artım

iç səhifə xəbər başlığı altı (mobil)_31
İrana gedən Azərbaycan vətəndaşlarının sayında böyük artım

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2019-cu ildə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 13,4 faiz artaraq 5 milyon 567 min 700 nəfər olmuşdur.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, ölkə vətəndaşlarının 36,7 faizi və ya 2 milyon 43 min nəfəri İrana, 28,9 faizi Gürcüstana, 17,6 faizi Rusiya Federasiyasına, 11,4 faizi Türkiyəyə, 5,4 faizi isə digər ölkələrə getmişdir. Gedənlərin 64,1 faizini kişilər, 35,9 faizini qadınlar təşkil etmişdir.

 

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 23,7 faiz, Gürcüstana gedənlərin sayı 12,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 5,7 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,6 faiz artmışdır.

 

2019-cu ildə xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,6 faizi dəmir yolu və avtomobil, 16,7 faizi hava, 0,7 faizi isə su nəqliyyatından istifadə etmişdir.

 

Qeyd edək ki, İrana gedən Azərbaycan vətəndaşlarının sayının yüksək olması bu ölkəyə alış-veriş üçün səyahətlərin artması ilə bağlıdır. Bir çox azərbaycanlı gündəlik tələbat mallarını İran bazarlarından alır. İrandan mallarının ticarəti ilə məğul olanlar da artıb. 

27.01.2020 10:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ