Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Neft qiymətlərində ABŞ-ın Suriya əməliyyatı ilə sıçrayış

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft qiymətlərində ABŞ-ın Suriya əməliyyatı ilə sıçrayış
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neft qiymətləri, ABŞ-ın Suriya rejiminə qarşı təşkil etdiyi raket hücumunun qlobal maliyyə bazarlarında dalğalanma yaratması ilə yüksəlib. ABŞ Preidenti Trump "Suriyaya hərbi müdaxilə etməyi düşünürük" deyə bildirib.


 
"Marja" xəbər verir ki, neft müqavilələri Nyu-Yorkda 1.9 faiz və Londonda 1.8%-ə qədər yüksəlib. Qərbi Texas neftinin qiyməti 52,70 dollaradək, Brent neftinin qiyməti isə 55.90 dollara qədər qalxıb. 

 

ABŞ-dan bir rəhbər şəxsə görə, Cümə günü erkən saatlarda keçirilən raket hücumunda Suriya  təyyarələri və yanacaq tankları  hədəf seçilib. Suriya, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEK) ikinci ən böyük istehsalçısı İraqın sərhəd qonşusudur. Bu xəbər bütün maliyyə bazarlarında dalğalanmaya səbəb olub. Yen və  qızılın qiyməti qalxıb, səhmlər  ucuzlaşıb.

 

Analitiklər bildirirlər ki, Suriya böyük neft istehsalçısı deyil, ancaq bütün regionda riski potensial olaraq artır.

 

Suriyaya qarşı hərbi müdaxilə, Bəşər Əsəd rejiminin kimyəvi silah istifadə edərək çoxlu sayda mülki vətəndaşın ölümünə səbəb olmasından iki gün sonra baş verdi. Suriyanın bu təcavüzü bütün dünyanın sərt reaksiyasına səbəb olmuşvə Prezident Donald Trump bunu "insalığa təhqir" kimi qiymətləndirmişdi.

07.04.2017 05:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ