Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

DİN işçi axtarır

iç səhifə xəbər başlığı altı (mobil)_31
DİN işçi axtarır

Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə ümumilikdə 50 vakant mülki işçi vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.

Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, müsabiqə "İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə" Azərbaycan Prezidentinin 2016-cı il 2 mart tarixli fərmanının icrası çərçivəsində elan olunub.  

Müsabiqədə həqiqi hərbi xidmət keçən, yaşı 20-dən 24-dək, boyu 175 santimetrdən yuxarı, özü və yaxın qohumları məhkum olunmayan, ali və ya orta ixtisas, yaxud tam orta təhsilli, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə" ilə müəyyən olunan şərtlərə cavab verən kişi cinsli vətəndaşlar iştirak edə bilərlər.

DİN-dən bildirilib ki, qeyd edilən tələblərə cavab verən və işə qəbul olunan şəxslər polis orqanlarının vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə funksiyaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara DİN-in mülki işçiləri üçün müəyyən edilən təminatlar şamil olunacaq.

İctimai asayişin qorunmasında 2 il ərzində əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında xidmətə qəbul zamanı üstünlük veriləcək.

Müsabiqədə iştirak etmək istəyən şəxslər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Əlavə məlumat almaq istəyənlər Nəqliyyatda Baş Polis İdarəsinin Kadrlar şöbəsinə (012) 597-27-26 nömrəli telefonla müraciət edə bilərlər. 

19.12.2016 05:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ