ABŞ Suriya rejiminin 50 Tomahawk raketilə vurdu
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriya rejiminə aid bir hava bazasına 50-dən çox Tomahawk raketi atdıqlarını açıqlayıb.
"Marja" xəbər verir ki, Pentaqonda jurnalistlərə açıqlama verən bir səlahiyyətli "Suriya rejiminə aid bir hava bazasına 50-dən çox Tomahawk raketi atdıq",- deyib.
Raket hücumunun Aralıq Dənizdə yerləşdirilən bir ABŞ hərbi gəmisindən həyata keçirildiyi qeyd edilib.
Reuters raketlərin Xüms yaxınlığında Al-Shayrat hava bazasının hədəf aldığını bildirib.
Al-Shayrat bazası İŞİD ilə mübarizə çərçivəsində Rusiyanın Palmiraya qarşı əməliyyatları zamanı istifadə edilmişdi. Rus vertolyotları bu hərbi bazanı intensiv olaraq istifadə etmişdi.
Trump verdiyi qısa açıqlamada, "Bu gecə, Suriyada kimyəvi hücum həyata keçirən təyyarələrin qalxdığı hava sahəsinə hücum əmri verdim" deyib.
ABŞ Prezidenti Donald Trump, İdlibdə baş verən kimyəvi silah hücumu səbəbilə hərbi müdaxilə ola biləcəyini bildirmişdi.
Pentaqon da bu açıqlamanı dəstəkləyən mahiyyətdə bir anons ilə, hərbi müdaxilənin variantlar arasında olduğunu ifadə etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 22 saat əvvəl
-
1 gün əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
1 gün əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
1 gün əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
1 gün əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl