Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Professor: “Petkim”də rəqəmsallaşmanın tətbiqi Azərbaycana da təkan verəcək”

iç səhifə xəbər başlığı altı (mobil)_31
Professor: “Petkim”də rəqəmsallaşmanın tətbiqi Azərbaycana da təkan verəcək”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünya sürətlə rəqəmsallaşır. Rəqəmsallaşma, rəqəmsal iqtisadiyyatın yaradılması dövlətlər, cəmiyyətlər üçün yeni imkanlar yaradır. Böyük şirkətlər zamanın tələbinə cavab vermək, biznes dayanıqlığını artırmaq üçün istehsal proseslərinin rəqəmsallaşdırılması addımları atır.

 

Rəqəmsallaşmanı uğurla tətbiq edən şirkətlərdən biri də əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan Türkiyənin ilk və yeganə inteqrə olunmuş neft-kimya kompleksi olan “Petkim” holdinqdir. Şirkət 2018-ci ildən rəqəmsallaşma ilə bağlı investisiyalara başlayıb. “Petkim”in hədəfi Türkiyənin ən aparıcı rəqəmsal şirkəti olmaqdır və bu istiqamətdə böyük işlər görür. Şirkətin rəqəmsallaşmada böyük uğur qazandığı da aydın görünür. Belə ki, “Petkim” Sənaye 4.0 texnologiyalarını istehsalatda ən yaxşı istifadə edən müəssisələr sırasına daxil olub. Sənaye 4.0 standartı sayəsində “Petkim” Dünya İqtisadi Forumunun (WEF) “Global Lighthouse Network”una seçilib. “Global Lighthouse Network” 2018-ci ildə təsis edilib və “gələcəyin fabrikləri” olaraq qəbul edilir, onun 44 üzvü var. “Petkim” “Global Lighthouse Network”ə 2020-ci ildə Türkiyədən seçilən yeganə şirkətdir.


Bəs istehsalatda rəqəmsallaşma nə qazandırır?


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya-texnologiyası fakültəsinin professoru Yunis Qəhrəmanlı bildirib ki, rəqəmsallaşma istehsalatda vacib məsələdir:

 

“Hətta keçən əsrdə proseslərin avtomatlaşdırılması önəmli məsələ idi, çünki əl əməyindən nəhayət ki, bir çox müəssisələr uzaqlaşdı. Bu müsbət addım sayılır. Həmin vaxt rəqəmsallaşma yox idi, daha çox analoq tipli aparatlardan istifadə olunurdu. Hazırda rəqəmsallaşma prosesi aparılır. Sözsüz ki, bu istehsalat üçün vacib məsələdir. İstənilən prosesin avtomatlaşdırılması, onun rəqəmsallaşdırılması daha keyfiyyətli və daha dəqiq parametrlərə cavab verən məhsulların alınmasına səbəb olur. Bu çox vacibdir”. 

 

Onun sözlərinə görə, rəqəmsallaşma həm məhsulun keyfiyyətinə müsbət təsir edir, həm də əməyin məhsuldarlığını, istehsal olunan məhsulun miqdarını artırır. “Bu baxımdan vacibdir. Çünki insan müəyyən dərəcədə səhv edə bilər. Amma kompüterləşdirmə, rəqəmsallaşdırma səhvlərin aradan qaldırılmasına səbəb olur və o səhvlər təkrarlanmaya bilər”,- deyə Y. Qəhrəmanlı vurğulayıb. 


Professor qeyd edib ki, “Petkim” neft-kimya kompleksində də rəqəmsallaşmanın tətbiqi böyük təcrübə qazandırır. “Burada əldə olunan zəngin təcrübə imkan verəcək ki, Azərbaycanda sənayedə rəqəmsallaşmanı tətbiq edək. Bu təcrübə texnologiyaların Azərbaycanda tətbiqinə təkan verəcək”,- o əlavə edib. 

28.01.2020 05:48

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ