Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Tanınmış xarici şirkətin Azərbaycandakı nümayəndəliyi ləğv edilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tanınmış xarici şirkətin Azərbaycandakı nümayəndəliyi ləğv edilir

İsveçrənin tanınmış "ABB Global Marketing FZ-LLC" şirkəti Azərbaycan bazarını tərk edir.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, "ABB Global Marketing FZ-LLC" şirkəti Azərbaycan Respublikasındakı nümayəndəliyi ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1022 Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, ev 6 ünvanına bildirə bilərlər.

 

"ABB Global Marketing FZ-LLC" şirkətinin Azərbaycanda istehsalat sahəsi qurmaq planı mövcud idi. Şirkət bu məsələ ilə bağlı araşdırmalar aparacağını açıqlamışdı.

 

"ABB Global Marketing FZ-LLC" elektrik avadanlıqları, robototexnika, hərəkət mexanizmləri, sənaye avtomatlaşdırma və elektrik şəbəkələri sahələrində dünya liderlərindən biridir.

 

"ABB AZƏRBAYCAN BAZARINI TƏRK ETMİR"

 

"ABB Global Marketing FZ-LLC" şirkətinin Azərbaycan nümayəndəliyinin ləğv edilməsi haqqında xəbərlə bağlı “ABB Ltd” şirkətinin Biznes üzrə meneceri Sevda Məmmədova "Marja" ilə əlaqə saxlayıb bildirdi ki, "ABB LTD" şirkəti Azərbaycanda geniş fəaliyyətini davam etdirir, fəaliyyətini dayandıran isə "ABB Global Marketinq"in nümayəndəliyidir. Yəni, ABB  Azərbaycan bazarını tərk etmir.

 

Xatırladaq ki, 2018-ci ilin Aprel ayında "ABB AS" şirkəti Azərbaycandakı filialının ləğv edildiyini elan etmişdi. 

 
Müraciətdə deyilirdi ki, kreditorlar tələblərini Nizami küçəsi ev 90A, Landmark ofis plaza 12-ci mərtəbədəki ünvana bildirə bilərlər.

 

Həmin dövrdə "ABB Global Marketing FZ-LLC"dən "Marja"ya bildirilmişdi ki, "ABB AS" şirkətinin Azərbaycandakı filialının bağlanması haqqında xəbərin, Azərbaycan Respublikasında hal-hazırda fəaliyyət göstərən "ABB Global Marketinq FZ-LLC" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi və "ABB Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə heç bir əlaqəsi yoxdur. 

28.01.2020 07:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ