Energetika naziri və SOCAR-ın prezidenti Ukraynaya gedirlər

Yanvarın 31-də Kiyevdə Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçiriləcək. İclasda hökumətlərarası komissiyanın həmsədrləri, Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və Ukraynanın İnfrastruktur naziri Vladislav Kriklinin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edəcək.

 

Energetika Nazirliyindən bildirilib ki, komissiyanın gündəliyinə iki ölkə arasında ticarət-iqtisadi, enerji, nəqliyyat, infrastruktur, yüksək texnologiyalar, kənd təsərrüfatı, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığa dair məsələlər daxil edilib. Gündəlikdəki məsələlərin müzakirəsindən sonra Hökumətlərarası Komissiyasının 12-ci iclasının yekunlarına dair Protokol və bir neçə sənədin imzalanması nəzərdə tutulub.

 

Komissiyanın iclası çərçivəsində yanvarın 29-da Energetika naziri Pərviz Şahbazov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, eləcə də bir sıra qurumlar və işgüzar dairələrin nümayəndələrindən ibarət heyət Odessada bir sıra infrastruktur obyektlərinə baş çəkəcək. Yanvarın 30-da isə “Energetika sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna İşçi Qrupu”nun növbəti iclası və biznes dairələrinin iştirakı ilə dəyirmi masa keçiriləcək.

28 Yanvar 2020 , 10:43   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin