Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Azərbaycanın turizm reyestrinə qoşulma icbari olacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycanın turizm reyestrinə qoşulma icbari olacaq"

Azərbaycanda yaradılacaq turizm reyestrinə ölkədə bu sahədə fəaliyyət göstərən subyektlərin qoşulması icbari qaydada olacaq.

 

Reklam_3_11

Bunu Azərbaycan Dövlət Turizm Agentliyindən deyiblər.

 

Agentlikdən bildiriblər ki, bu təklif yeni "Turizm haqqında" qanun layihəsində öz əksini tapıb.

 

“Planlarımıza uyğun olaraq turizm reyestri yay aylarına artıq hazır olacaq. Reyestrin əsas funksiyası - məlumat bazasıdır. Bu bazada turizm şirkətləri, otellər, restoranlar, sertifikatlaşmış bələdçilər, çimərlik operatorları və sair obyektlərlə bağlı məlumatlar öz əksini tapacaq. İlkin olaraq nəzərdə tutulub ki, onların reyestrdə iştirakı könüllü olacaq. Lakin yeni "Turizm haqqında" qanun layihəsində nəzərdə tutulur ki, reyestrdə qoşulma icbari olacaq. Qanun layihəsi demək olar ki, bütün dövlət qurumları ilə müzakirə olunub, rəylər, təkliflər alınıb və düzəlişlər edilib. Yaxın vaxtlarda qanun layihəsi parlamentə təqdim olunacaq”, - deyə Agentlikdən qeyd ediblər.

 

Əlavə olaraq bildirilib ki, turizm reyestrin qurulması qaydaları yanvarın 24 Nazirlər Kabineti tərəfindən təsdiq olunub.

 

“Reyestrdə kateqoriyalaşdırılma aparılacaq. Misal olaraq meyarlar var ki, hansı xidmətləri turizm agentlikləri göstərə bilirlər. Xidmətlər üzrə sıralama aparılacaq. Burada həmçinin elektron xidmətlər də olacaq ki, bu bizneslər arasında təmas yaratmağa imkan yaradacaq. Misal olaraq, turizm şirkətinə bələdçi lazım olduğu təqdirdə o bu məlumatı reyestrin bazasından əldə edə biləcək. Bu böyük bir platformadır. Faktiki olaraq söhbət turizm portalının yaradılmasından gedir”, - deyə Agentlikdən əlavə ediblər.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© APA

28.01.2020 07:45

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ