"iPhone"ların topdan satışında fasilələr yarana bilər

Yayılmaqda olan koronavirus səbəbindən "Apple" şirkətinin Çində yerləşən istehsal bazasının fəaliyyətində ciddi fasilələrin yaranması riski yüksəkdir.

 

 "Bloomberg"in verdiyi məlumata görə, "Moor Insights & Strategy" məsləhətçi şirkətinin bu sektorda veteran ekspertlərdən sayılan Patrik Murhedin fikrincə, xammalın çatdırılmasında problemlər olsa, bu, "Apple"ın tədarükündə fasilələrə səbəb olacaq.

 

Qeyd edək ki, "Apple"ın əsas məhsulu olan "iPhone" smartfonları Çində "Foxconn’s Hon Hai Precision Industry Co" və "Pegatron Corp. " tərəfindən müvafiq olaraq Çjençjou və Şanxay şəhərlərində yığılır. Bu yerlər virusun episentri olan Vuxan şəhərindən təqribən 500 kilometrlik məsafədə yerləşir və onları risk altına salır.

 

Bundan əlavə, Çində Yeni il bayramı ilə əlaqədar tətilə çıxan və sonra yenidən öz iş yerlərinə dönə bilməyən işçilər tədarük zəncirinə mənfi təsir göstərə bilər.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© APA

28 Yanvar 2020 , 11:28   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin