Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Muğanbank”ın vəziyyəti məlum oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Muğanbank”ın vəziyyəti məlum oldu

"Muğanbank" 2019-cu ili  1 milyon 967 min manat əməliyyat mənfəətilə başa vurub


 

2019-cu ildə “Muğanbank” ASC-nin aktivləri artıb.

 

“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə “Muğanbank”ın cəmi aktivləri 99 milyon 936 min manat artaraq 660 milyon 836 min manata çatıb. 2018-ci ilin sonunda Bankın cəmi aktivləri 560 milyon 900 min manat təşkil etmişdi.

 

Ötən il “Muğanbank”ın müştərilərə verdiyi kreditlər 5 milyon 390 min manat artaraq 366 milyon  66 min manata çatıb.


“MuğanBank”ın digər banklara yerləşdirdiyi depozitlər isə 2 dəfədən çox artaraq  132 milyon 81 min manata yüksəlib. 2018-ci ildə bu depozitlərin məbləği 61 milyon 693 min manat idi.

 

Ötən il “Muğanbank”ın depozit portfeli 19,4% artaraq ilin sonunda 334 milyon 721 min manata təşkil edib.

 

ƏMƏLİYYAT MƏNFƏƏTİ ƏLDƏ EDİB

 

2019-cu ildə “Muğanbank”ın cəmi faiz və qeyri-faiz gəlirləri 58 milyon 280 min manat, cəmi faiz və qeyri-faiz xərcləri isə 56 milyon 313 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 1 milyon 967 min manat əməliyyat mənfəəti yaranıb, lakin mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 10 milyon 443 min manat ayrıldığından 8 milyon 307 min manat zərər formalaşıb.

 

Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə “MuğanBank”ın cəmi gəlirləri 60 milyon 563 min manat, cəmi xərcləri 53 milyon 77 min manat, əməliyyat mənfəəti 7 milyon 486 min manat, ehtiyata ayırma 6 milyon 55 min manat təşkil etmişdi. Bank həmin ili 1 milyon 430 min manat xalis mənfəət ilə bağlamışdı.

 

31 Dekabr 2019-cu il tarixində “Muğanbank” 81 milyon 80 min manat məcmu kapitala malik olub.

28.01.2020 10:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ