Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan vətəndaşları Hindistana səfər üçün elektron viza əldə edə biləcəklər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan vətəndaşları Hindistana səfər üçün elektron viza əldə edə biləcəklər

 

Hindistan tərəfindən elan olunan yeni viza qaydalarına əsasən Azərbaycan vətəndaşları istirahət, gəzinti, dostlarına və qohumlarına baş çəkmək, qısamüddətli tibbi müalicə və qeyri-müntəzəm iş səfərləri məqsədilə elektron viza əldə edə biləcəklər. Elektron viza üçün onlayn müraciət aşağıdakı internet səhifəsindən həyata keçirilir:

Reklam_3_11

 

https://indianvisaonline.gov.in/evisa/Registration

 

Hindistan səfirliyindən  bildirilib ki, Azərbaycan vətəndaşları üçün elektron viza haqqına 50 ABŞ dolları və əlavə olaraq bank köçürülməsi xərcləri daxildir. Elektron vizanın etibarlılıq müddəti Hindistana gəliş günündən etibarən 60 gün təşkil edir. Elektron turist və elektron biznes vizalarına ikidəfəlik giriş icazəsi verilir. Elektron tibb vizasına isə üçdəfəlik giriş icazəsi verilir. Elektron viza bir təqvim ilində iki dəfə mümkündür. Müraciət edənlərdən Hindistana gəliş tarixindən ən azı 4 gün əvvəl onlayn müraciət etmələri tələb olunur.

 

Elektron viza sadələşdirilməsi Hindistan səfirliyi tərəfindən daha uzun müddət və xüsusi məqsədlər üçün təmin olunan mövcud viza xidmətlərinə əlavə olaraq həyata keçirilir.

07.04.2017 07:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ