Vergilərin büdcədənkənar fonduna 183 milyon manat daxil olub
2019-cu ildə Vergilər Nazirliyinin büdcədənkənar fonduna daxilolmalar 183 milyon 238,857 min manat təşkil edib. Bu barədə nazirlikdən məlumat verilib.
II yarımillikdə büdcədənkənar fonda 123 milyon 994,055 min manat daxil olub.
2019-cu ildə fonda daxil olmuş vəsaitlərin ümumi həcmindən 182 milyon 101,105 min manat xərclənib.
Hesabat dövründə vəsaitlərin böyük hissəsi – 38 milyon 447,52 min manat ştatda olan işçilərin əməkhaqqının ödənilməsinə yönəldilib.
Bundan başqa, 7 milyon 376,739 min manat Vergilər Nazirliyinin ştatdankənar əməkdaşlarının əməkhaqqının ödənilməsinə, 11 milyon 620,929 min manat məcburi sosial sığorta ödənişlərinə, 4 milyon 505,733 min manat dəftərxana və təsərrüfat xərclərinə, 92 milyon 910,376 min manat qeyri-yaşayış binalarının tikintisinə, 6 milyon 218,513 min manat istehsalatda istifadə olunmayan qeyri-maddi aktivlərə, qalanı digər məqsədlərə yönəldilib.
2020-ci il yanvarın 1-nə fondun qalıq vəsaitləri 1 milyon 137,752 min manat təşkil edir.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
33 d. əvvəl
"2024-cü ildə mənfəəti minimun 20% artırmağı planlaşdırırıq"
-
36 d. əvvəl
“AvtoVAZ” Azərbaycanda “Lada” avtomobillərinin yığılmasına başlayıb
- 37 d. əvvəl
- 39 d. əvvəl
-
1 saat əvvəl
"CPM-İnvest İnvestisiya Şirkəti"ndə növbədənkənar ümumi yığıncaq keçiriləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
17 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
18 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda