Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Yeni istixana kompleksi işə düşdü - Günaşırı 500-600 kq məhsul satışa çıxarılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni istixana kompleksi işə düşdü - Günaşırı 500-600 kq məhsul satışa çıxarılır

Tərtər rayonunun Soyulan kəndində yaradılan istixana kompleksində yetişdirilən pomidorun yığımına başlanılıb. İstehsal edilən məhsulun daxili bazara çıxarılması ilə yanaşı, xaricə də ixrac olunması nəzərdə tutulur.

 

Reklam_3_11

Təsərrüfat sahibi Nofər Nəsirov bildirib ki, ümumi ərazisi 2 hektar olan kompleksin 1 hektarında istixana təsərrüfatı yaradılıb. Kompleksdə qazanxana, su anbarı, inzibati bina, anbarlar inşa edilib. İstixanada müasir avadanlıqlar, damla suvarma sistemi quraşdırılıb. Suvarma, isitmə, havalandırma sistemləri tam avtomatlaşdırılmış şəkildə idarə olunur. Kompleksdə keçən ilin oktyabrında 28 min ədəd pomidor şitili əkilib. Bitkilər təbii şəkildə becərilir, mayalanması arılar vasitəsilə həyata keçirilir. Normal qulluq edildikdə hər şitildən 8-10 kiloqram məhsul götürülür. Artıq məhsul yığılmağa başlanıb. Günaşırı 500-600 kiloqram məhsul yığılaraq satışa çıxarılır. Təsərrüfatda məhsul yığımı may ayının sonunadək davam edəcək. İstixana kompleksində məhsul istehsalının ildə iki dəfə həyata keçirilməsi nəzərdə tutulur.

 

Hazırda təsərrüfatın genişləndirilməsi istiqamətində iş aparılır. İstixananın sahəsinin 5 hektara çatdırılması, işçilərin sayının isə artırılması nəzərdə tutulur.

 

© Azərtac

28.01.2020 11:27

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ