Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanlı tələbələr Uhan şəhərindən çıxa bilmirlər - SƏFİRDƏN AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanlı tələbələr Uhan şəhərindən çıxa bilmirlər - SƏFİRDƏN AÇIQLAMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yeni koronavirus epidemiyası səbəbilə bağlanmış Çinin Uhan şəhərində azərbaycanlı tələbələr var. Hakimiyyət şəhərə giriş və çıxışı qadağan etdiyinə görə şəhəri tərk edə bilmirlər. Bu barədə həmin tələbələrdən biri, Səməd Azadlı məlumat verib.

 

Öz növbəsində Azərbaycan XİN rəsmi nümayəndəsi Leyla Abdullayeva bildirib ki, bu məsələ ilə bağlı Çin tərəfi ilə danışıqlar aparılır. “Bu, asan olmayan və  uzun prosesdir, Çin tərəfi ilə danışıqlar davam edir”, - L.Abdullayeva deyib.

 

Azərbaycanın ÇXR-dəki səfiri Əkrəm Zeynallı isə  AZTV-yə bildirib ki, ÇXR-də hazırda 500 Azərbaycan vətəndaşı var. Uhanda 7 Azərbaycan vətəndaşı, o cümlədən 4 tələbə qalır.

 

Tələbələr yataqxanalarda təcrid ediliblər. Yerli hakimiyyət bütün əcnəbilərə küçələrə çıxmamağı tövsiyə edir və onları yemək və zəruri əşyalarla təmin edir. Çin hakimiyyəti şəhəri tərk etməyi məqsədəuyğun hesab etmir.

 

Azərbaycan tərəfi öz vətəndaşlarını gətrimək məqsədilə ÇXR hakimiyyəti ilə danışıqları davam etdirir və bunun tezliklə həyata keçiriləcəyinə ümid edir, səfir bildirib.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© Turan 

28.01.2020 11:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ