Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Fitch”, Azərbaycandakı holdinqin aldığı şirkətə reytinq verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Fitch”, Azərbaycandakı holdinqin aldığı şirkətə reytinq verdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “VF Ukrayna” PrSC-nin (“Vodafone Ukrayna” brendi altında fəaliyyət göstərir) emitentin yerli və xarici valyutada uzunmüddətli defolt reytinqini "B" səviyyəsində müəyyən edib. Bu barədə agentlik bu gün məlumat verib.

 

Reytinq üzrə proqnoz “pozitiv”dir.

 

“Fitch”, həmçinin “VFU Funding plc”nin “VF Ukrayna” üçün planlaşdırılan istiqrazları üzrə gözlənilən “B (EXP)” reytinqini də dərc edib.

 

“VF Ukrayna”nın reytinqləri Ukraynanın “B” səviyyəsində ölkə reytinqi ilə məhdudlaşıb.

 

Agentlik şirkətin əsas reytinq drayverləri arasında operatorun güclü bazar mövqeyini (bazarda ikinci ən iri operator, mobil rabitə bazarının 35%-ə qədəri), uğurlu rebrendinq və əlverişli rəqabət mühitini qeyd edib.

 

Xəbər verildiyi kimi, “NEQSOL Holding” "Bakcell”in nəzarətində olan “Telco Solutions and Investments” MMC vasitəsilə keçən il “MTS” PSC ilə onun Ukraynadakı telekommunikasiya biznesinin satın alınması haqqında saziş imzalayıb. 2019-cu ilin dekabr ayında “Vodafone Ukrayna”nın alınması haqqında sövdələşmə bağlanılıb. Sövdələşmənin qiyməti $84 milyon məbləğində təxirə salınmış ödəniş daxil olmaqla 734 milyon dollar təşkil edib.

 

“NEQSOL Holdinq” şirkətlər qrupu müxtəlif ölkələrdə və sahələrdə 25 ildən çox fəaliyyət təcrübəsinə malikdir. Şirkətlər qrupu Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Qazaxıstan, BƏƏ və Banqladeşdə neft-qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sənayesi sahələrində fəaliyyət göstərir. 2000-ci illərin əvvəllərində qrup telekommunikasiya sahəsinə daxil olub. Qrupa daxil olan şirkətlər mobil rabitə, beynəlxalq tranzit və internet magistral bağlantısı, məlumat mərkəzi və digər xidmətlər göstərir.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© "İnterfaks Azərbaycan"

28.01.2020 11:39

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ