Ən yuxarı (mobil)-2_30

Türkiyə Azərbaycanın maliyyə qurumlarını İstanbula dəvət edir - NAZİRLİKDƏ GÖRÜŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyə Azərbaycanın maliyyə qurumlarını İstanbula dəvət edir - NAZİRLİKDƏ GÖRÜŞ

Azərbaycan və Türkiyənin maliyyə bazarlarına qarşılıqlı investisiya yatırımları müzakirə edilib.

 

Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, Maliyyə naziri Samir Şərifov yanvarın 28-də Türkiyə Respublikası Prezidentinin Maliyyə Ofisinin rəhbəri Göksəl Aşanla görüşüb. 

 

G.Aşan uğurla inkişaf edən Azərbaycan-Türkiyə əlaqələrinin daha da genişləndirilməsi üçün böyük iqtisadi potensialın olduğunu vurğulayıb, müxtəlif sahələrdə, o cümlədən iki ölkə arasındakı ticarət münasibətlərindəki hesablaşmaların yerli valyutadan istifadə etməklə həyata keçirilməsi, maliyyə bazarlarına qarşılıqlı investisiya yatırımları, iki ölkənin maliyyə qurumları arasında əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyi, İstanbul Maliyyə Mərkəzində Azərbaycanın maliyyə qurumlarının daha fəal təmsil olunması və digər maraq doğuran məsələlərə dair fikirlərini bölüşüb.

 

Maliyyə naziri S.Şərifov Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar, maliyyə və bank sektorlarının gücləndirilməsi tədbirləri, investisiya siyasəti, maliyyə və büdcə idarəetməsi, Yeni Büdcə Qaydasının tətbiqi, orta xərclər çərçivəsi planlamasına keçid və digər istiqamətlərdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

 

Qeyd olunub ki, iki ölkə arasında investisiya, ticarət və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi və inkişafı üçün böyük potensial mövcuddur.

28.01.2020 13:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ