Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"50 milyon manatlıq sifariş Manata olan etimadı və tələbatı göstərir" - NAZİRLİKDƏN AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
"50 milyon manatlıq sifariş Manata olan etimadı və tələbatı göstərir" - NAZİRLİKDƏN AÇIQLAMA

İlk dəfə tədavül müddəti 5 il olan dövlət istiqrazları emissiya edilib


 

Reklam_3_11

28 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ilk dəfə tədavül müddəti 5 il olan 10 milyon manat məbləğində dövlət istiqrazları qiymətli kağızlar bazarında uğurla yerləşdirilib. Hərracın nəticəsinə görə sifarişlərin nominal üzrə ümumi məbləği 50.5 milyon manat təşkil edib ki, bu da investorlar tərəfindən təqdim olunan sifarişlər üzrə orta ölçülmüş qiymətin 101.36 (gəlirlilik 8.16%) səviyyəsində müəyyən olunması ilə nəticələnib.

 

Maliyyə Nazirliyindən "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, dövlət qiymətli kağızlarına göstərilən böyük maraq investorlar tərəfindən manata olan etimadın və manatda ifadə olunmuş uzunmüddətli maliyyə alətlərinə tələbatın artmasının göstəricisidir.

 

"Eyni zamanda, bu buraxılış dövlət qiymətli kağızları üzrə daha uzunmüddətli gəlirlilik əyrisinin formalaşdırılmasına xidmət etməklə yanaşı, həm də özəl sektorun nümayəndələri tərəfindən milli valyutada buraxılacaq uzunmüddətli qiymətli kağızlar üçün istinad dərəcəsi (bençmark) rolunu oynayacaq.

 

Qiymətli kağızlar bazarının inkişaf etdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən zəruri tədbirlərin həyata keçirilməsi davam etdiriləcəkdir",- məlumatda deyilir.

28.01.2020 15:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ