Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Fitch” SOCAR-ın reytinqini təsdiqlədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Fitch” SOCAR-ın reytinqini təsdiqlədi

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin uzunmüddətli defolt reytinqini (IDR) və təmin edilməmiş borc reytinqini “BB+” səviyyəsində təsdiqləyib.

 

Bu barədə agentliyin açıqlamasında bildirilir.

 

Qurumun şirkətin reytinqi üzrə proqnozu isə “Sabit”dir.

 

Qeyd edək ki, SOCAR-a verilmiş reytinq Azərbaycanın suveren reytinqinə uyğundur. 

 

Məlumatda qeyd edilib ki, 2019-2022-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məcmu kapital qoyuluşları 14 milyard manat məbləğində proqnozlaşdırılır.
 

Agentliyin proqnozuna görə, bu illərdə birgə müəssisələrə investisiyaların məbləği 800 mln. manat proqnozlaşdırılır.

 

Hesabatda qeyd edilib ki, 2019-cu ilin 30 iyun tarixinə qısamüddətli və uzunmüddətli borcun cari səviyyəsi olan 4,2 mlrd. manat qarşısında SOCAR-ın likvidliyi 7,6 mlrd. manat təşkil edib.

 

“Likvidliyə 6 mlrd. manat məbləğində nağd pul kütləsi, həmçinin Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası üçün 1,5 mlrd. manat məbləğində istifadə olunmayan kredit xətti daxildir. Qısamüddətli borc öhdəliyinin əsas hissəsi ABŞ dollarındadır”,- Agentliyin hesabatında qeyd edilib.

 

Bildirilib ki, SOCAR-ın Türkiyədəki nəhəng investisiyası olan STAR neft emalı zavodu 2018-ci ildə istismara verilib. Zavod 2019-cu ilin ortalarında tam gücü ilə işə düşüb. 6,3 mlrd. dollar məbləğində olan layihənin 3,3 mlrd. dolları layihə maliyyələşdirilməsi hesabına maliyyələşdirilib:

 

“SOCAR-ın balans hesabatında konsolidasiya olunmayan bu layihənin əlavə böyük məbləğ tələb etməyəcəyinə və bəzi dividendlər ödəməyə başlamazdan əvvəl əməliyyat pul vəsaitləri borcunu prioritet olaraq ödəyəcəyinə inanırıq. 2022-ci ilə qədər dividend ödənişinin başlayacağını gözləmirik”, Agentliyin hesabatında qeyd edilib.

28.01.2020 16:01

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ