Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“AGBank” maliyyə göstəricilərini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AGBank” maliyyə göstəricilərini açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“AGBank” 2019-cu il üzrə maliyyə göstəricilərini açıqlayıb.

 

“Marja” Banka istinadən xəbər verir ki, ötən il “AGBank”ın cəmi faiz və qeyri-faiz gəlirləri 44 milyon 126 min manat, faiz və qeyri-faiz xərcləri isə 52 milyon 356 min manat təşkil edib. Xərclər gəlirləri 8 milyon 230 min manat üstələsə də, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan 6 milyon 106 min manatın azad olması əməliyyat zərərini 2 milyon 122 min manatadək azaldıb.

 

Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə “AGBank”ın cəmi gəlirləri 52 milyon 90 min manat, cəmi xərcləri isə 50 milyon 616 min manat, əməliyyat mənfəəti 1 milyon 474 min manat təşkil etmişdi. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan 3 milyon 893 min manat azad olmuş və mənfəət 5 milyon 367 min manata yüksəlmişdi.

 

31 Dekabr 2019-cu il tarixində “AGBank” 454 milyon 530 min manat cəmi aktivlərə malik olub, o cümlədən cəmi aktivlərin 222 milyon 997 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib.

 

31 Dekabr 2019-cu il tarixində “AGBank”ın cəmi öhdəlikləri 404 milyon 558 min manat, o cümlədən depozitlər 208 milyon 166 min manat təşkil edib.

 

31 Dekabr 2019-cu il tarixində “AGBank” 50 milyon 872 min manat məcmu kapitala malik olub.

28.01.2020 16:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ