Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

MTK-da narazılıq - "ETİRAZ AKSİYASI KEÇİRƏCƏYİK"

iç səhifə xəbər başlığı altı (mobil)_31
MTK-da narazılıq - "ETİRAZ AKSİYASI KEÇİRƏCƏYİK"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Payçı: “MTK-nın oyunlarından təngə gəlmişik, etiraz aksiyası keçirəcəyik”

 

Reklam_3_11

MTK-nın sədr müavini: Deyilənlər həqiqətə uyğun deyil, payçılardan heç bir qanunsuz ödəniş tələb edilmir.


 

“Qafqaz” MTK-nın payçıları və sakinləri MTK-dan narazıdırlar.

 

MTK-da payçı olan Səyavuş Məcidov “Marja”ya müraciət edərək bildirib ki, sakinlərə borclarlar yazılıb, iclasın protokolunun çıxarışının verilməsi üçün pul tələb olunur:

 


“Bildirmək istəyirik ki,  Nərimanov rayonu Əliyar Əliyev 65 ünvanında yerləşən “Qafqaz” MTK yaşayış kompleksinin payçıları və eləcədə sakinləri olaraq MTK-nın oyunlarından təngə gəlmişik. Yaranan səbəblərdən 01.02 .2020-ci il tarixində səhər saat 11:00-da binanın həyətində MTK-ya qarşı etiraz aksiyası keçirməyi planlaşdırmışıq .

 

MTK hal-hazırda  sədr müavini Elmar Səyidov tərəfindən idarə olunur. Elmar Səyidov əvvəllər MTK-nin sədri idi, lakin həbsdə olduğu müddətdə öz yoldaşını MTK-nın sədri və özünüdə sədr müavini təyin edib.
 

MTK payçıların ümumi yığncağını keçirərək payçıların razılığını almadan istədiyi qərarlar verərək sakinlərə küllü miqdarda borclar yazır. 2017-2018-ci illər kommunal xərcləri 1 kvadrat metr üçün  1,77 manat tarifi ilə hesablayaraq sakinlərə borclar yazmağa başladı.


“Qafqaz” MTK lahiyə üzrə 2010-cu ildə istismara qəbul olunmalı idi, lakin Prizidentin sərancamlarının köməyi ilə 22.08.2019-cu ildə binalar istismara qəbul olundu. Qanuna əsasən bina istismara qəbul olunarkən payçıların ümümi yığıncağı keçirilməlidir.Yığncaq keçirilərkən yığıncağın protokolu tərtib edilir və həmin protokoldan çıxarışlar hər bir payçıya təqdim olunmalıdır ki, payçılar onlara aid əmlaka dövlət qeydiyyat sənədi ala bilsinlər. MTK payçılara məlumat vermədən saxta iclas keçirib və iclasın protokolunun çıxarışını payçılara təqdim etmək üçün payçılara aid əmlakların hər bir kvadrat metr sahəsinə görə 18 manat pul tələb edir. “Qafqaz” MTK yaşayış kompleksinin ümumi yaşayış sahəsi  40.000 kvadrat metrdir. Nəzərə alsaq ki , MTK 1 kvadrat metr üçün 18 manat pul tələb edir, tələb olunan pulların ümumi məbləği  720 000 manat edir .

 

Bu vəsaitin nə üçün tələb olunduğunu MTK –nın hazırkı sədr müavini şıfahi olaraq bildirib ki,
guya qazanxana sonradan lahiyəyə əlavə olunub və tələb olunan vəsait qazanxananın tikilməsinə sərf olunub . Bu barədə MTK-ya payçılar tərəfindən rəsmi müraciətlər ünvanlayaraq qeyd etdik ki , MTK ilə payçılar arasında bağlanılmış müqavilədə  payçıya aid göstərilən öhtəliklər ( Ödənişlər ) tam olaraq yerinə yetirilib. Lakin payçılardan müqavilədə qeyd olunmayan vəsaitlər tələb edilir,  tələb olunan vəsait barədə  bizə rəsmi açıqlamanın verilməsini istəsəkdə MTK tərəfindən heç bir rəsmi cavab ala bilmirik.
 

Əlavə olaraq qeyd etmək istəyirik ki, MTK binanın kommunal idarəçiliyinidə öz əlində saxlayır və Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti-nin yaradılmasına da mane olur.


Binanın kommunal idarə olunmasında da qanun pozuntusu hallarına əməl olunur.


Kommunal məqsədlə yığılan pullar qanunvericiliydə ləğv olunmuş qəbzlərlə yığılır.Yığılan vəsaitlər MTK-nın carı hesabına daxıl olmadan nağd şəkildə idarə olunur.


MTK kommunal məqsədlər üçün yığdığı vəsaitlərin dövriyyəsini vergi orqanlarından gizlədir və  xərclənən işıq pulu və sair ödənişləri öz xərci kimi göstərərək gəlirinin azalması üçün sənədlər toplayır. 10 ildir ki,  MTK-kommunal idarəçiliyi öz üzərinə götürüb və bu sahədə çalışan işçilərin əmək müqavilələri , maaş kartları və sığortaları da yoxdur. Ümüdvarıq ki ,dövlət orqanları MTK-nın bu və digər qanunsuz əməllərinə laqeid yanaşmayara bizə əmlakımıza dair dövlət qeydiyyat sənədlərinin alınmasına köməklik göstərəcəklər”.

 

“QAFQAZ” MTK-DAN İDDİALARA CAVAB

 

Qafqaz” MTK-nın sədr müavini Elmar Səidov “Marja”ya bildirdi ki, 1 kvadrat metr üçün  1,77 manat tarifi ilə kommunal xərc hesablanaraq sakinlərə borclar yazıldığı barədə deyilənlər tamamilə həqiqətə uyğun deyil: “1,77 manat tarif məbləgi nəyə əsaslanaraq səsləndirilir? Buyurun, gəlin bir yerdə bütün sənədlərlə tanış olaq və aydınlıq gətirək”.

 

Elmar Səidov iclasın protokolunun çıxarışını təqdim etmək üçün Payçılara aid əmlakın hər bir kvadrat metr sahəsinə görə 18 manat pul tələb edilməsi barədə iddiaya cavab verərək bildirdi ki, bu vəsait ilkin layihəyə sonradan dəyişiklik edilərək mərkəzləşdirilmiş istilik və isti su təchizatı sisteminin daxil edilməsi və bu dəyişik və əlavələrin edilməsindən əvvəl bağlanmış müqavilələrdə əks edilməməsi ilə bağlıdır:

 

“Dövlətin qanunvericiliyi öz yerində, MTK üçün əsas qanun layihədir. 2006-cı ildə ilkin layihə təsdiq edilib və 2007-ci ildə tikiniti işlərinə başlanılıb. 2013-cü ildə ilkin layihəyə dəyişiklik və əlavələr edilib və müvafiq dövlət qurumları ilə razılaşdırılaraq təsdiq edilmişdir. Dəyişiklik və əlavələrin əsas hissəsi binalar üçün mərkəzləşdirilmiş istilik enerjisi və isti su təchizatı sisteminin quraşdırılmasını nəzərdə tutur. 2014-cü ilin noyabr ayında həmin sistem quraşdırılaraq istismara verilib. MTK tərəfindən maliyyələşdirilmiş və mərkəzləşdirilmiş istilik enerjisi və isti su təchizatı sisteminin quraşdırılmasına çəkilən xərclər ümumi yaşayış səhəsinə bölünərək, 1 kvadrat metr yaşayış sahəsinə düşən pay 18 manat dəyərində müəyyənləşdirilmişdir. Payçılardan heç bir qanunsuz ödəniş tələb edilmir. Artıq Payçıların yarıdan çox hissəsi mənzillərinə düşən pay dəyərini ödəyiblər, qalan  hissəsi isə narazılıq edirlər. Qeyd edim ki, 2014-cü ildən bəri sakinlər mərkəzləşdirilmiş istilik sistemindən yararlanırlar. Sizə bizdən şikayət edənlərin bir çoxu istilik enerjisi və isti suyun alınmasına sərf edilmiş təbii qazın, elektrik enerjisinin və istismar xərclərini belə ödəməyiblər. Sizin nümayəndəniz ofisimizə gələ və bütün sənədlər ilə tanış ola bilər. Həmin dəvət, təbii ki, bütün sualları olan Payçılara da dəfələrlə təklif edilmişdir.

 

2015-ci ildən sonra Payçılar ilə bağlanılmış müqavilələrə mərkəzləşdirilmiş istilik enerjisi və isti su təchizatı sisteminin quraşdırılması daxil edilib və həmin Payçılar əlavə olunmuş qurğuların pay dəyərini ödəyiblər. Layihəyə sonradan dəyişiklik edildiyindən, 2015-ci ilədək bağlanılmış müqavilələrdə yenidən razılaşdırılmış layihədə mənzillərə aid əlavələrin (o cümlədən mərkəzləşdirilmiş istilik və isti su təchizatı sistemi) quraşdırılması, təbii ki, öz əksini tapmayıb və həmin müqavilələri imzalayan Payçılar əlavələrin maya dəyərini ödəməkdən imtina edirlər. Bu o deməkdir ki, mənzil mülkiyyətçilərin ixtiyarına veriləcək və ümumi istifadədə olacaq əmlakın dəyəri  tam ödənilməyəcək – mülkiyyətçilərin bir qismi həmin əmlakın dəyərində öz paylarını ödəmiş, digərləri isə ödəməmiş olurlar. O halda ki, dövlət qurumları tərəfindən razılaşdırılmış və təsdiq edilmiş layihənin tərkib hissəsi olan mərkəzləşdirilmiş istilik və isti su təchizatı sistemi quraşdırılması həyata keçirilibsə, dəyişiklik bütün Payçılar tərəfindən qəbul edilməlidir. Çünki bu ümumi istifadədə olan əmlakdır”.

 

Elmar Səidov əlavə etdi ki, binalar Prezident İlham Əliyevin 19 fevral 2019-cu il tarixli “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanına əsasən məhz 2013-cü ildə razılaşdırılmış Layihə sənədləri ilə istismara qəbul ediliblər:

 

“MTK-ya istismara qəbul aktı təqdim edilib. Artıq payçılar öz əmlaklarını dövlət qeydiyyatına aldırıb çıxarış əldə edə bilərlər və həmin prosedurlar artıq keçən ilin axırından başlamışdır. Əmlakın dövlət qeydiyyatına alınması zamanı MTK-nın təqdim etdiyi protokoldan çıxarış tələb olunur. 2015-ci ildən əvvəl bağlanmış müqavilə ilə MTK-ya üzv olmuş Paycılara həmin müqaviləyə tərtib edilmiş və bütün dəyişiklikləri əks etdirən Əlavəni imzalamaq təklif edilmişdir və Payşıların bir hissəsi bunu qəbul edərək  müvafiq ödənişləri həyata keçirmişlər. 18 manat mərkəzləşdirilmiş istilik və isti su təchizatı sisteminə çəkilmiş xərcin 1 kv.m yaşayış sahəsinə düşən hissəsidir. Payçılar onlara məxsus olan mənzillərin sahəsinə uyğun hesablanmış vəsaiti ödəyərək protokoldan çıxarış əldə edə və mənzillərin dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edə bilərlər”.

 

“Qafqaz” MTK-nın sədr müavini bildirdi ki, Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin yaradılmasına da mane olunduğu barədə deyilənlər həqiqətə uyğun deyil: “MTK-ya istismara qəbul aktı təqdim edilib və qanunvericiliyə görə binaların idarəçiliyi 6 ay müddətində mülkiyyətçilərə təhvil verilməlidir. Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti təşəbbüs grupu tərəfindən 2019-cu ilin fevral-mart aylarından başlayaraq Cəmiyyətin dövlət qeydiyyatı proseduru həyata keçirilir. Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti dövlət qeydiyyatından keçəndən sonra MTK bütün ümumi istifadədə olan əmlakları, qurğuları və idarəçiliyi həmin Cəmiyyətə təhvil verəcəkdir”.

29.01.2020 08:01

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ