Azərbaycan şirkəti Özbəkistanda zavod tikməyi planlaşdırır
Azərbaycanda fəaliyyət göstərən “Azərtexnolayn” MMC Özbəkistanda polietilen boru istehsalı zavodu tikməyi nəzərdə tutur.
Bununla bağlı razılıq “Azərtexnolayn” MMC-nin tərkibində fəaliyyət göstərən Polietilen məmulatları zavodunun direktoru Məmmədcəfər Məmmədovla Özbəkistan xarici sərmayənin cəlb edilməsi Agentliyinin şöbə müdiri Bexzod Baxodirov arasında əldə edilib. Özbəkistan tərəfi zavodun Buxara, Səmərqənd və ya Daşkənd vilayətində tikilməsini təklif edib.
Görüşdə bir sıra texniki məsələlər, həmçinin gələcəkdə əlaqələrin daha da dərinləşdirilməsi müzakirə olunub.
M.Məmmədov bildirib ki, artıq “Azərtexnolayn” MMC-nin Özbəkistanda satış ofisi fəaliyyət göstərir. Şirkət polietilen boru istehsalı zavodu layihəsi çərçivəsində 300-400 min dollar ayırmaq niyyətindədir. Zavod hazır olduqdan sonra təxminən 40 iş yeri açılacaq.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
2 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 2 saat əvvəl
-
3 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl