Ən böyük ixracatçı şirkətlərin adları açıqlandı - SİYAHI
Xəbər verdiyimiz kimi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin yanvar sayı təqdim olunub.
“Marja” xəbər verir ki, “İxrac İcmalı”nın yanvar sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı subyektlərin reytinqi də verilib.
2019-cu ilin yanvar-dekabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı subyektlər təmsil olunurlar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Socar Polymer” MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Nine Climate" MMC, "Global Export Fruits" MMC, “Sun Food" MMC, "Natural Fruit" MMC, "Baku Steel Company", "Azərbaycan Şəkər İstehsalat Birliyi " MMC, "P-Aqro" MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərenerji" ATSC, "Azərbaycan Hava Yolları" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, “CTS-Agro” MMC, "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC, "Azərikimya" İB, "Bakı Neft Maşinqayırma Zavodu" TASC.
Bu il ilk onluğa daxil olmuş şirkətlərdən "Nine Climate" MMC, "Global Export Fruits" MMC və "Natural Fruit" MMC 2018-ci ildə ixrac həyata keçirməyiblər. 2019-cu ildə bu şirkətlərin ixracları sıfırdan sıçrayış edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
14 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 15 saat əvvəl
-
15 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
16 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl