Ən yuxarı statik reklam-3_3

Ən böyük ixracatçı şirkətlərin adları açıqlandı - SİYAHI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ən böyük ixracatçı şirkətlərin adları açıqlandı - SİYAHI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəbər verdiyimiz kimi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin yanvar sayı təqdim olunub.

 

“Marja” xəbər verir ki, “İxrac İcmalı”nın yanvar sayında  qeyri-neft sektoru üzrə əsas ixracatçı subyektlərin reytinqi də verilib.

 

2019-cu ilin yanvar-dekabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı subyektlər təmsil olunurlar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Socar Polymer” MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Nine Climate" MMC, "Global Export Fruits" MMC, “Sun Food" MMC, "Natural Fruit" MMC, "Baku Steel Company", "Azərbaycan Şəkər İstehsalat Birliyi " MMC, "P-Aqro" MMC.

 

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərenerji" ATSC, "Azərbaycan Hava Yolları" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, “CTS-Agro” MMC, "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC, "Azərikimya" İB, "Bakı Neft Maşinqayırma Zavodu" TASC.

 

Bu il ilk onluğa daxil olmuş şirkətlərdən "Nine Climate" MMC, "Global Export Fruits" MMC və "Natural Fruit" MMC 2018-ci ildə ixrac həyata keçirməyiblər. 2019-cu ildə bu şirkətlərin ixracları sıfırdan sıçrayış edib.

29.01.2020 08:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ