Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Kirayə mənzillər üçün çox böyük sayda müraciət –“BUNA GÖRƏ SİSTEMİMİZ İŞLƏMƏDİ”

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kirayə mənzillər üçün çox böyük sayda müraciət –“BUNA GÖRƏ SİSTEMİMİZ İŞLƏMƏDİ”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

331 mənzil üçün 270 minə yaxın müraciət olub


 

Reklam_3_11

“Elektron Hökumət Mərkəzindən verilən məlumata görə, kirayə mexanizmi üzrə müraciətlərin qəbuluna başlanan gün (22 Yanvar 2020) Elektron İpoteka və Kredit Zəmanəti sisteminə 270 minə yaxın sorğu daxil olub”.

 

“Marja” xəbər verir ki, bunu bunu İpoteka və Kredit Zəmanəti Fondunun baş direktoru İlham Kələşov bildirib.

 

“Müraciətlərin çox olacağı gözlənilirdi. Sorğuların gözlənildiyindən daha çox olması ilə əlaqədar olaraq müraciətlərin qəbulunda problem yarandı. Həmin an 270 minə yaxın sorğu daxil olub. Problem sistemin satmaq öhdəliyi ilə kirayə mexanizmi ilə əlaqədar modulunda baş verdi", - o deyib.

 

İlham Kələşov bildirib ki, yaxın günlərdə müraciətlərin qəbuluna başlanacaqdır: "Sistemin nasazlığının aradan qaldırılması üzrə işlər yekunlaşmaq üzrədir. Yaxın günlərdə, sınaq işləri başa çatdıqdan sonra müraciətlərin qəbuluna başlanılması nəzərdə tutulur".

 

İlkin mərhələdə satmaq öhdəliyi ilə 331 mənzil kirayəyə veriləcək. 2020-ci il ərzində bu sayın 5-6 qatı qədər sayda (1600 -2000 civarında) mənzillərin kirayəyə verilməsi nəzərdə tutulur. 

 

Kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara təklif olunacaq mənzillərin aylıq ödəniş Bakıda 411 manatdan, Xırdalanda 333 manatdan, Sumqayıtda isə 297 manatdan başlayacaq. 

29.01.2020 09:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ