Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Müalicə Pansionatı bu il istifadəyə veriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Müalicə Pansionatı bu il istifadəyə veriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Şağan Müalicə Pansionatında əsaslı təmir və yenidənqurma bu il başa çatdırılacaq.

 

Reklam_3_11

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

 

Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Şağan qəsəbəsindəki Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatı 250 çarpayılıqdır. Müəssisədə il ərzində 4 mindən çox əlilliyi olan şəxs stasionar şəraitdə reabilitasiya xidmətləri ilə təmin olunacaq.

 

Reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması işləri çərçivəsində Pansionatda əsaslı təmir və yenidənqurma işlərinə başlanıb. Hazırda burada məişət, həm də kompleks tibbi-sosial reabilitasiya xidmətlərinin göstərilməsi üçün şəraitin yüksək standartlar səviyyəsində qurulması, müəssisədə mövcud şəraitin əlilliyin olan şəxslərə müyəssərliyinin tam təmin edilməsi üçün işlər davam edir.

 

İşlərin bu il yekunlaşdırılması, eləcə də Pansionatın müasir avadanlıqlarla, tibbi-reabilitasiya əhəmiyyətli aparat və cihazlarla təminatı da nəzərdə tutulub.

 

Bütün bunlar müəssisədə səmərəli fizioterapevtik müalicə üsulları vasitəsilə və müasir metodika və texnologiyalardan da geniş istifadə edilməklə əlilliyi olan şəxslərə göstərilən bərpa müalicəsi xidmətinin keyfiyyətinin yüksəlməsini təmin edəcək.

29.01.2020 09:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ