Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

SOCAR: Müqavilə və onun növü haqqında danışmaq hələ tezdir

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR: Müqavilə və onun növü haqqında danışmaq hələ tezdir

SOCAR və Rusiyanın "Lukoil" şirkəti arasında imzalanmış Anlaşma Memorandum  tərəflərin "Naxçıvan" perspektiv strukturu, habelə dənizin dayazsulu hissəsində "Xəzəryanı-Quba" və "Qoşadaş" perspektiv strukturlarını əhatə edən kəşfiyyat bloku çərçivəsində əməkdaşlıq etmək istəyinin və niyyətinin ifadəsidir.

 

Bunu  SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

 

Onun sözlərinə görə, imzalanan memorandum məcburi olmayan bir sənəddir və konkret danışıqların başlanılması üçün müəyyən prosedur aparılmalıdır.

 

"Dövlət SOCAR-a danışıqlar aparmaq üçün səlahiyyət verməlidir ki, bundan sonra, əgər şirkətlər arasında konkret maraqlar üzrə razılıq əldə edilərsə, mümkün addımlar atıla bilər", - deyə İ. Əhmədov bildirib.

 

SOCAR-ın rəsmisi onu da əlavə edib ki, müqavilə və onun növü haqqında danışmaq hələ tezdir: "Hələlik ancaq tərəflərin bu iki struktur istiqamətində əməkdaşlıq etmək istəyi və niyyəti var".

 

Xatırladaq ki, bu ilin yanvarın 22-də SOCAR və "Lukoil" şirkətləri "Naxçıvan" perspektiv strukturu, habelə dənizin dayazsulu hissəsində "Xəzəryanı-Quba" və "Qoşadaş" perspektiv strukturlarını əhatə edən kəşfiyyat blokuna dair Anlaşma Memorandumu imzalanıb.

 

Sənəd İsveçrənin Davos şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və "Lukoil" şirkətinin prezidenti Vahid Ələkbərov tərəfindən imzalanıb.

 

Qeyd edək ki, "Naxçıvan" perspektiv strukturu Xəzər dənizinin Azərbaycan sektorunun dərin hissəsində, Abşeron yarımadasından 90 km cənubda yerləşir. Strukturun yerləşdiyi rayonda dənizin dərinliyi 120 metrdən 750 metrə qədər dəyişir. Struktur seysmik kəşfiyyat işləri nəticəsində 1960-cı ildə aşkar edilib.

 

"Qoşadaş" strukturu Xəzər dənizinin Azərbaycan sektorunda, Sumqayıt şəhərindən 20 km şimal-şərqdə yerləşir. 1951-ci ildən etibarən sahədə seysmik kəşfiyyat işləri aparılıb.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© APA

29.01.2020 10:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ