Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Noyabr və Dekabrda Bankın gəliri 7 milyon manatdan çox olub" - SƏDR

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Noyabr və Dekabrda Bankın gəliri 7 milyon manatdan çox olub" - SƏDR

Bazarda mikro, kiçik və orta biznes kreditləri üzrə lider olan AccessBank 2019 – cu ilin dördüncü rübü üzrə maliyyə hesabatınına dair məlumat yayıb.

 

Reklam_3_11

Məlumatda bildirilir ki, rüb ərzində AccessBank-ın aktivləri 73 milyon 610 min manatlıq artım nümayiş etdirərək 897 milyon 886 min manata çatıb.


AccessBank-ın kredit portfeli artım nümayiş etdirib. Sentyabr ayının sonuna 498 milyon 979 min manat həcmində olan xalis kredit portfeli dördüncü rübün yekununa 536 milyon 428 min manata yüksəlib ki, bu da 37 milyon 449  min manat artımdan xəbər verir. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan məqsədli ehtiyatları nəzərə almasaq, bankın ümumi kredit portfeli 610 milyon 958 min manat təşkil edib. Həmçinin qeyd etmək lazımdır ki, 99.8% kreditlər manat valyutasında verilmişdir.


Rüb ərzində depozit portfeli də mühüm artım nümayiş etdirib. Belə ki, bankın depozit portfeli 14 milyon 247 min manat artaraq 660 milyon 960 min manata çatıb. Xüsusilə vurğulamaq istərdik ki, cari ilin əvvəlindən bankın depozit portfeli 159 milyon 822 min manat artıb.

 

Dördüncü rübün sonuna bank 13 milyon 782 min manat həcmində xalis əməliyyat mənfəəti əldə edib. Qeyd olunan rübün sonuna bankın gəlirləri 76 milyon 55 min manata çatıb ki, bu da ötən rüblə müqayisədə 16 milyon 63 min manat artım deməkdir.

 

Hazırda bankın məcmu kapitalı 76 milyon 90 min manat təşkil edir ki, bu da requlyativ normadan (50 milyon manat) 26 milyon 90 min manat çoxdur.

 

Dekabr ayının sonuna bankın ani likvidlik əmsalı 66.35% təşkil edir ki, bu da normadan (30%) təxminən 2.2 dəfə çoxdur.


Maliyyə göstəricilərini şərh edən AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib: “Dördüncü rüb üzrə maliyyə hesabatı AccessBank – ın stabil və müsbət dinamika üzrə inkişafını təsdiq edir. Bankın Noyabr və Dekabr ayları üzrə gəliri 7 mln. manatdan çox olmuşdur. AccessBank müştərilərin etibarlı tərəfdaşı qalmaqda davam edir. Bütün bunlar komandamızın dinamik, məhsuldar və çalışqan fəaliyyəti nəticəsində mümkün olmuşdur. Əsas məqsədimiz – sahibkarlarla effektiv əlaqələrin qurulması və onların inkişafına hərtərəfli dəstək göstərməkdir".

 

29.01.2020 11:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ