"Bilgah Beach" hotelinin rəsmi açılışı elan edildi

"Abşeron" Hotel Qrupu "Bilgah Beach" hotelinin rəsmi açılışını elan edir. Bu otel əvvəllər "Azinko Holdinq" şirkətinə məxsus idi və "Jumeirah" adı ilə fəaliyyət göstərirdi.

 

“Marja” Qrupun yaydığı məlumata istinadən xəbər verir ki, Hotel Bilgəh qəsəbəsində, şəfalı havası və illərdir onlarla tibbi və rekreasiya imkanlarına malik, Xəzər dənizinin sahillərində yerləşir. 300 metr şəxsi çimərliyə malik olan "Bilgah Beach" Bakının ilk dəbdəbəli çimərlik hotelidir. Hotel özünün rahat yerləşməsi və avadanlıqları ilə əsl Azərbaycan qonaqpərvərliyini sizlərə təklif edir.

 

Lobby-nin mərkəzində 58 metr hündürlüyündə və 72.000 LED işıqlardan ibarət möhtəşəm çilçıraq yerləşir. "Lobby" ərazisində rahat oturacaqlar, bilyard otağı, pianino salonu və nadir incəsənət, tarix, fotoqraflıq, arxitektura, dizayn və başqa maraqlı mövzulardan toplanmış kitabları özündə cəmləşdirən yeganə kitabxana var.

 

"Bilgah Beach" hoteli qonaqlarına müasir interyerə malik, dəniz mənzərəli 176 lüks otaq və suitlər təklif edir. Otaq və apartamentlərdən əlavə, hotelin ərazisində üç yataq otağı olan, hotelin ön tərəfində, sıx bağın içərisində yerləşən 14 ikimərtəbəli kotec var. Sahəsi 156 kv.m olan hər bir kotecin şəxsi qarajı, ayrıca həyəti və yuxarı mərtəbədə geniş, açıq eyvanı var.

 

"Absheron Hotel Group" Azərbaycanın ilk lüks hotel şirkəti olub, tərkibində "Marriott Autograph" Kolleksiyası üzvlüyünü əldə edən dünya standartları səviyyəsində idarə olunan Şahdağ dağlarında yerləşən "Pik Palace" hoteli və "Park Chalet" hoteli, Bakı şəhərinin mərkəzində yerləşən "Boulevard" hoteli və "İnturist" hoteli, "Bilgah Beach" hoteli və tezliklə açılması planlaşdırılan "Dinamo Boutique" hotelini cəmləşdirir.

7 Aprel 2017 , 10:34   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin