Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Mühasiblər Forumu keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mühasiblər Forumu keçiriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Aprelin 8-də Vergilər Nazirliyinin Tədris Mərkəzində Milli Mühasiblər Forumu keçiriləcəkdir. Azərbaycanın Vergilər Nazirliyinin iştirakı ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən təşkil olunan forum Maliyyə Nazirliyinin layihəsi çərçivəsində 100-dən artıq təşkilatın qoşulduğu SERP avtomatlaşdırılmış informasiya sisteminin yaradıcısı SINAM şirkəti tərəfindən dəstəklənir.

 

Tədbirdə Maliyyə Nazirliyinin, Azərbaycanın Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Vergilər Nazirliyinin, Azərbaycan Respublikası Auditorlar Palatası nümayəndələrinin çıxışları nəzərdə tutulmuşdur.

 

Forumda mühasibat uçotunun sertifikasiyası üzrə qabaqcıl təcrübənin Azərbaycanda tətbiqi, kiçik və orta şirkətlərdə mühasibatlığın mövcud problemləri və onların həlli yolları, ali təhsil müəssisələrində mühasibatlıq üzrə tədrisin metodikası və təhsilin əyani vəsaitlərlə təmini problemləri və digər mühüm məsələlər də nəzərdən keçiriləcəkdir.

 

Tədbir zamanı maliyyə uçotunda informasiya həllərinin və bulud texnologiyalarının tətbiqi də müzakirə olunacaqdır. SERP (Sinam Müəssisə Resurslarının İdarə Edilməsi) sistemi misalında forum iştirakçıları belə texnologiyaların üstünlükləri haqqında məlumatlandırılacaqdır. Hazırda SERP sistemi 100-dən artıq dövlət təşkilatında və ali təhsil müəssisəsində uğurla tətbiq edilməklə yanaşı iri özəl təşkilatlarda da, o cümlədən banklarda, neft şirkətlərində və digər biznes-qurumlarda da isifadə olunmaqdadır. SERP sistemi maliyyə və mühasibat uçotu hesabatlarının mərkəzləşdirilmiş qaydada, bulud texnologiyaları əsasında aparılmasını təmin edir.

07.04.2017 08:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ