Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Azpetrol”larda “AS24” yanacaq kartları tətbiq ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azpetrol”larda “AS24” yanacaq kartları tətbiq ediləcək

“Azpetrol Ltd” şirkəti özünə məxsus yanacaqdoldurma məntəqələri şəbəkəsində Fransanın “AS24” şirkətinin (“Total” şirkətinin törəmə strukturu) kartları ilə yanacaq satışını tətbiq etməyi planlaşdırır.

 

“Azpetrol Ltd” MMC-in baş direktoru Ceyhun Məmmədov və “AS24” şirkətinin prezidenti Manuel Olivier çərşənbə günü “Azpetrol” şirkətinə məxsus yanacaqdoldurma məntəqələri şəbəkəsində yanacağın “AS24” kartları vasitəsilə satışı sahəsində əməkdaşlığa dair müqavilə imzalayıblar”, - məlumatda qeyd olunur.

 

1997-ci ildən fəaliyyət göstərən “Azpetrol ltd” ASC beynəlxalq standartlara cavab verən ən müasir benzin və qaz doldurma məntəqələri şəbəkəsinə sahib olan və respublikada yanacaq satışı bazarında müştərilərə yüksək keyfiyyətli xidmət göstərən milli şirkətdir.

 

1988-ci ildə təsis olunan “AS24” şirkəti yanacaq nəqli və peşəkar yükdaşıyıcılarına xidmətlərin göstərilməsində ixtisaslaşır.

 

“AS24” yanacaq kartı “AS24” şirkətinin 990 yanacaqdoldurma stansiyasında və Avropanın 28 ölkəsində 15 min tərəfdaş stansiyada xidmətərdən istifadə etməyə imkan verir.

 

“Azpetrol”un YDM şəbəkəsinə 90 məntəqə daxildir.

29.01.2020 14:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ