Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Amrahbank”ın faiz gəlirləri 30 faiz artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Amrahbank”ın faiz gəlirləri 30 faiz artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Amrahbank” 2019-cu il üzrə maliyyə göstəricilərini açıqlayıb.

 

“Marja” Banka istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə “Amrahbank”ın faiz gəlirləri 2 milyon 604 min manat və ya 30% artaraq 11 milyon 313 min manat təşkil edib. Bank 2018-ci ildə 8 milyon 709 min manat faiz gəlirləri əldə etmişdi.

 

Eyni zamanda “Amrahbank” ötən il 6 milyon 486 min manat qeyri-faiz gəlirləri əldə edib, bu, 2018-ci illə müqayisədə təxminən eyni səviyyədədir.

 

CƏMİ GƏLİRLƏRİ ARTIB, CƏMİ XƏRCLƏRİ AZALIB

 

2019-cu ildə "Amrahbank"ın cəmi gəlirləri 17 milyon 800 min manat, cəmi xərcləri isə 26 milyon 218 min manat təşkil edib. Bankın xərcləri gəlirlərini 8 milyon 418 min manat üstələyib. “Amrahbank” mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 2 milyon 734 min manat da ayırdığından 2019-cu ildə 11 milyon 152 min manat zərər edib.  

 

Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə “Amrahbank”ın cəmi gəlirləri 16 milyon 889 min manat, cəmi xərcləri 29 milyon 442 min manat təşkil etmişdi. Bank həmən ili 12 milyon 553 min manat zərər ilə başa vurmuşdu.

 

31 Dekabr 2019-cu il tarixində “Amrahbank” 209 milyon 44 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 114 milyon 230 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib.

 

“Amrahbank” ölkədə ən geniş filial şəbəkəsinə malik olan banklar sırasındadır. Bankın hazırda baş ofisi də daxil olmaqla 23 filialı fəaliyyət göstərir, bunlardan 17-i Bakı şəhərində, 5-ı isə ölkənin regionlarında yerləşir.

29.01.2020 15:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ