Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

www.rabita.az saytı yeniləndi

iç səhifə xəbər başlığı altı (mobil)_31
www.rabita.az saytı yeniləndi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin rəsmi internet saytı yenilənib. www.rabita.az domen ünvanında fəaliyyət göstərən saytın məzmunu və dizaynı dəyişib.

 

Reklam_3_11

Saytda “Məhsullar”, “Xidmətlər” menyusu, Məlumat Hesablama Mərkəzi ilə bağlı xəbərlər və press-relizlərin yerləşdirildiyi “Media” bölməsi var. Həmçinin saytda “Smartpay” ödəmə sistemi və “Mobil Cihazların Qeydiyyat Sistemi” ilə bağlı xidmətlərdən istifadə etmək üçün xüsusi bölmə yaradılıb. Bununla yanaşı, Məlumat Hesablama Mərkəzinə aid olan e-imza.az, opendata.az, azdatacom.az saytlarına da keçid qoyulub.

 

Sayt Azərbaycan və ingilis dilində fəaliyyət göstərir.

 

Saytda Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanan 7 xidmət – e-İmza, SmartPay, SmartCell, AzDataCom, Billinq Sistemi, Açıq Məlumatlar Portalı, Veb saytların və Mobil Tətbiqlərin Yaradılması və hazırda istifadəçilərin ixtiyarına verilən 15 məhsul – AzDoc, e-Kadr, e-Arxiv, Danışan Kitabxana, Vahid Nömrə Satışı, “Azcall” Çağrı Mərkəzi, Somar Satış Proqramı, Mobil Nömrədaşıma Xidməti, Cərimələrin Yığım Sistemi, Müraciətlərə Nəzarət Sistemi, Müqavilələrin Elekron Qeydiyyatı Sistemi, “ABACUS” (Mərkəzləşdirilmiş İanə Sistemi), POÇTAP (İtirilmiş Sənədlərin Axtarış Sistemi), ARİS (Avtomatlaşdırılmış Rabitə İdarəetmə Sistemi), Mobil Cihazların Qeydiyyat Sistemi (İMEİ) təqdim edilir.

 

45 ildən artıqdır fəaliyyət göstərən Məlumat Hesablama Mərkəzi informasiya texnologiyalarının bir çox istiqamətlərini əhatə edən yeni həllər yaradır. Həmçinin ölkə əhəmiyyətli bir neçə layihənin rəqəmsal operatorudur.

29.01.2020 19:01

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ