Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Kiçik və orta biznes ən çox maliyyə üçün müraciət edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kiçik və orta biznes ən çox maliyyə üçün müraciət edib

2019-cu ildə ölkənin 10 şəhər və rayonunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB dostları fəaliyyətə başlayıb. Hazırda KOBİA-nın sahibkarlara əsas dəstək mexanizmlərindən olan KOB dostlarının sayı 21-dir.

 

KOBİA-nın yaydığı məlumatda bildirilir ki, KOB dostları tərəfindən ötən il KOB-ların qarşılaşdığı məsələlərin və təkliflərinin dövlət-sahibkar əməkdaşlıq platformasında müzakirə edilməsi üçün 14 şəhər və rayonda 34 görüş keçirilib, 450-yə yaxın səyyar xidmət təşkil olunub.

 

Ötən il Agentliyə “KOB Dostu” şəbəkəsi vasitəsilə 1500-dən çox müraciət daxil olub. Bu müraciətlərin 34%-i maliyyə resurslarına çıxış, 33%-i hüquqi yardım və məsləhət xidmətlərinin göstərilməsi, 18%-i hüquqların müdafiəsi, 15%-i isə maarifləndirmə məsələlərini əhatə edib. Müraciətlərlə bağlı aidiyyəti dövlət qurumlari ilə birlikdə müvafiq tədbirlər görülüb.

 

2020-ci  ildə “KOB Dostu” şəbəkəsinin genişləndirilməsi və ölkənin daha bir neçə şəhər və rayonunda KOB dostlarının fəaliyyətə başlaması nəzərdə tutulur.

 

Qeyd edək ki, 2018-ci ildən etibarən formalaşmaqda olan “KOB Dostu” şəbəkəsi tərəfindən KOB-lara biznesin qurulması, mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, potensial investisiya layihələrinin müəyyənləşdirilməsi və KOB-lar vasitəsilə həyata keçirilməsi, KOB-ların maraqlarının müdafiəsi, dövlət dəstək mexanizmləri barədə maarifləndirmə və digər istiqamətlərdə dəstək və xidmətlər göstərilir.

29.01.2020 19:06

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ