Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Sahibkar qiymət siyasətində əhalinin alıcıq qabiliyyətini nəzərə alır? - Araşdırma

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sahibkar qiymət siyasətində əhalinin alıcıq qabiliyyətini nəzərə alır? - Araşdırma
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sahibkar qiymət siyasətində ilk növbədə əhalinin alıcıq qabiliyyətini nəzərə alır - Araşdırma

 

Ümumi baxış

 

Bu gün Azərbaycanda köklü sahibkarlıq var və bu sahibkarlığın inkişafına dəstək vermək üçün dövlət tərəfindən müvafiq  qanuni baza yaradılıb və bu məsələ daim dövlət başçısının diqqət mərkəzindədir. Lakin bütün bu proseslərdə çatışmayan məqamlar var. Burada daha çox  əhalinin az məlumatlı olmasını qeyd etmək olar. Yəni həm sahibkarlar, həm dövlət öz işini görür, amma əhali bəzən ya tam xəbərsiz, ya natamam məlumatlı, ya da neqativ məlumatlı olur. Bu da öz növbəsində sahibkarlara qarşı fərqli düşüncənin formalaşmasına səbəb olur. Hər bir neqativ məlumat dövlətin nəzarət strukturlarının reaksiyasına səbəb olur və müvafiq olaraq əlavə gərginlik yaradır. Azərbaycan höküməti planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidi seçib və bu növ iqtisadi münasibət  qiymətlərin  və keyfiyyətin bazar tərəfindən tənzimlənməsi deməkdir.

 

Son zamanlar əhalini narahat edən ən vacib məsələlərdən biri istehlak mallarının qiymət artımı tendensiyasıdır.  Əslində bu tendensiyanın iqtisadi əsaslandırması var, belə ki, bunun əsas səbəbi milli valyutanın iki dəfə devalvasiyaya uğramasıdır. 2015-ci ildə tətbiq edilmiş iki devalvasiya prosesi  və daha sonra üzən məzənnəyə keçid istehlak mallarının böyük qisminin idxal olunması fonunda, qiymətlərə də təsirsiz qala bilməzdi.

 

Reallıq

 

Hazırda 1 dolların qiyməti 1,72 manat təşkil edir, lakin devalvasiyadan öncə - 2014 ildə bu rəqəm cəmi 0,78 manat, 2015-ci ildə 1,05 manat, 2016 ildə 1,55 manat və hazırda 1,75 manat təşkil edir, yəni dolların məzənnəsi Azərbaycan manatına qarşı 124% artıb. Bu artım qarşısında istehlak mallarının qiymətinin artması da normaldır və real iqtisadi əsaslandırması var.  Təbii ki, devalvasiya sahibkarlardan yeni şəraitə uyğunlaşmağı da tələb edir.  Bütün bunlara baxmayaraq, əhali arasında sahibkarlara, əsasən də istehlak mallarını əhaliyə çatdıranlara qarşı neqativ fikir formalaşıb. Burada əhalinin ən çox verdiyi sual isə belədir: “Niyə xarici valyutanın məzənnəsi dəyişir, amma istehlak mallarının qiyməti ancaq artır?!”...

 

Azad bazar iqtisadiyyatında, qiymət artımı həm də bazarda sağlam münasibətlərin və rəqabətin formalaşmasının sübutudur. Bazara təqdim olunan istehlak mallarının böyük hissəsi idxal olunur və qiymət tərkibinin  75% malın maya dəyərini təşkil edir.  Bütün bunlara baxmayaraq, bazarda deyildiyi kimi şişirdilmış və süni qiymət artımı yoxdur.  Buna sübut kimi isə istehlak səbətinə daxil olan əsas malların qiymətini nəzərdən keçirmək olar:


 

İdxal olunan məhsulun adı

2014 ildə ortalama rəf qiymətləri

2015 ildə ortalama rəf qiymətləri

2016 ildə ortalama rəf qiymətləri

2017 ildə ortalama rəf qiymətləri

Yumurta

0.08

0.11

0.12

0.08

Toyuq

2.20

2.50

3.50

3.80

Şəkər tozu

0.78

0.80

1.10

1.25

Un

0.90

1.00

1.30

1.40

Kərə yağı

6.00

7.00

10.90

12.80

Çay

1.70

1.70

1.90

2.00

Qarabaşaq

1.25

1.40

2.00

1.70

Mayonez

2.97

2.97

3.40

3.40

Makaron

0.78

0.92

1.02

1.08

 

Cədvəldə göründüyü kimi, dollarin qiymətinin 124% artması fonunda, istehlak mallarının belə differensiyalaşdırılmış və devalvasiyanın səviyyəsindən aşağı səviyyədə saxlanılması bazarda kifayət qədər şəffaf və sağlam rəqabət münasibətlərinin formalaşması deməkdir. Belə ki, 124%-lik artım fonunda bütün malların qiyməti ortalama 93% artmalı idi. Şirkətlərin qiymət siyasətinə həm də alıcıq qabiliyyətinin stabil olması amili də təsir edib.  İstehlak mallarının satışı ilə məşğul olan şirkətlər hətta gündəlik istehlak səbətinə daxil olan mallardan mənafe güdmür və bu dünya təcrübəsində qəbul olunmuş sosial siyasətdir.

 

Dövlət-sahibkar

 

Qiymətlərin bu formada saxlanılması həmçinin dövlət-sahibkar münasibətlərinin effektivliyinin sübutudur. Dövlət başçının yürütdüyü sosial-iqtisadi siyasət həm sahibkarların, həm də əhalinin mənafeyinin eyni qaydada qorunmasını təmin edir. Bu da o deməkdir ki, sahibkarlar ölkəyə əhali üçün çatdıralacaq mallara qiymət siyasətində çox ehtiyyatlı davranır və dövlətin iqtisadi-siyasi kursuna layiq olmağa çalışırlar. Çünki əks tədbirdə dövlətin nəzarət funksiyaları işə düşür və bu da sahibkarların bazardan çıxarılmasına belə gətirib çıxara bilər.   

 

Fəaliyyət göstərən şirkətlər hazırki çağırışlara cavab vermək və bazarda mövqeyini itirməməmək üçün həm də daha peşəkər fəaliyyət göstərməyi, yəni mütəmmadi olaraq marketinq araşdırmalar aparır, korporativ idarəetmə prinsiplərini təkmilləşdirir.  Bazarda sahibkarlara mane ola biləcək inhisarçılığın da olmaması əlavə rüsum və vergilərin ləğv olunması şirkətlərin strukturunun nə qədər effektiv olub-olmamasını üzə çıxarır.

 

Bütün bu sadalananlarının fonunda ölkəyə mal idxal edən və əhaliyə gündəlik istehlak malları çatdıran sahibkarlara qarşı formalaşdırılmış neqativ fikir əksər hallarda əsassızdır.

07.04.2017 08:56

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ