Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan ilə Almaniya birgə müəssisənin yaradılmasını müzakirə ediblər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan ilə Almaniya birgə müəssisənin yaradılmasını müzakirə ediblər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan ilə Almaniya birgə müəssisənin yaradılmasını müzakirə ediblər.

 

“Azərbaycan Sənaye Korporasiyası” ASC-dən bildirilib ki, qurumun baş direktoru Kamran Nəbizadə və Almaniyanın “Achenbach Buschhütten” şirkətinin beynəlxalq satış üzrə icraçı direktoru Rolf Vilbersin başçılıq etdiyi nümayəndə heyəti arasında işgüzar görüş keçirilib.

 

Görüşdə korporasiyanın “Strateji inkişaf və kommersiya” departamentinin rəhbər heyəti, eləcə də “Azəralüminium” MMC-nin əməkdaşları və “Eco Metal Consulting” şirkətinin icraçı direktoru Markus Spieberger iştirak edib.

 

“Achenbach Buschhütten” şirkəti əlvan metal prokat, alüminium xəlitələri istehsal edən mürəkkəb zavodların qurulması, modernləşdirilməsi sahəsində yüksək təcrübəyə malikdir. Həmçinin “Achenbach Buschhütten” bu sahə üzrə avadanlıqların istehsalı istiqamətində ixtisaslaşmış şirkətdir və dünya avtomobil sənayesinin aparıcı şirkətləri ilə əməkdaşlıq edir.

 

Görüşdə “Azəralüminium” MMC-də müəssisənin istehsal gücünün artırılması və yeni metalyayma zavodunun inşası, həmçinin birgə müəssisənin yaradılması və investisiya yatırımının perspektivləri mövzusunda da müzakirələr aparılıb.

 

Sonda görüş iştirakçıları hər iki qurum arasında iş birliyinin qurulmasının istiqamətləri və uzunmüddətli əməkdaşlığın inkişafı üzrə müzakirələrin aparılmasının vacibliyini vurğulayıblar.

29.01.2020 19:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ