Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Fed faiz qərarını açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed faiz qərarını açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Mərkəzi Bankının (Fed) 2020-ci ildəki ilk iclası başa çatıb.


"Marja" xəbər verir ki, gözlənildiyi kimi, Fed faizləri dəyişdirməyərək 1.50% - 1.75% aralığında saxladı.

Reklam_3_11


Bankın dekabr ayı təxminləri 2020-ci ildə faizlərdə dəyişiklik olmayacağına işarə edirdi.

 

Fed, ehtiyat profisitinə ödənən faiz olan IOER-i isə 5 bənd artıraraq 1.60% səviyyəsinə qaldırıb.

 

Yığıncağın qərar mətnində, "Pul siyasəti duruşunun uyğun olduğunu hesab edirik, repo əməliyyatları ən azı aprel ayının sonunadək davam edəcək" vurğulanıb.

 

Qərarda, əmək bazarının güclü, iqtisadiyyatın "mülayim sürətdə" artdığı qeyd edilib. İstehlakın mülayim olduğu, sərmayələrin və ixracın zəif olduğu, əhalinin xərcləmələrinin mülayim artdığı qeyd edilib. 

 

Fed, inflyasiyanın 2%-dən aşağı qalmaqda davam etdiyini qeyd edib.

 

Saat 23:30-da isə Fed sədri Cerom Pauelin mətbuat konfransı başlayacaq.


Fed 2019-cu ildə 3 dəfə faiz endirmiş və sonra “gözlə gör” mövqeyi tutduğunu açıqlamışdı.

 

Qərardan sonra Dollar bahalaşıb, Avro ucuzlaşıb. Avro/Dollar məzənnəsi 1.10 səviyyəsində də aşağı düşərək 1.0999 dollara geriləyib (Bakı vaxtı ilə saat 23:05-ə olan məlumat). 

 

"Fed ağıllı olsun, faizi aşağı salsın"


Bu gün ABŞ Prezidenti Donald Tramp "Twitter" mesajında, "Fed ağıllı olsun və ABŞ-ı digər ölkələrlə rəqabət apara biləcək hala gətirmək üçün faizləri aşağı salsın" bildirmişdi.

29.01.2020 20:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ