Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Ruslar ilə Azərbaycanda nasos istehsalı müzakirə edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ruslar ilə Azərbaycanda nasos istehsalı müzakirə edilib

Rusiya şirkəti nasoslarını Azərbaycanda sınaq  təcrübələrini həyata keçirmək niyyətindədir

 

Reklam_3_11

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin  baş direktoru Kamran Nəbizadə ilə  Rusiya Federasiyasının “Metalinvest – K” şirkətinin direktoru Aleksandr Matveyevin başçılıq etdiyi  nümayəndə heyəti arasında işgüzar görüş keçirilib.

 

Görüşdə Korporasiyanın “Strateji inkişaf və kommersiya” departamentinin rəhbər heyəti, eləcə də “Ask Şüşə” MMC-nin əməkdaşları və  “Metalinvest – K” şirkətinin mühəndis və layihə rəhbərləri iştirak edib.  Görüş zamanı innovativ mərkəzdənqaçma elektrik dalma nasoslarının istehsalı ilə məşğul olan  “Metalinvest – K” şirkətinin nümayəndələri  ölkəmizin istehsalat sahələrində, əsasən də neft sektorunda  bu qurğuların  sınaq  təcrübələrini həyata keçirmək niyyətində olduqlarını bildiriblər. Həmin qurğuların Azərbaycanda istehsalının təşkili və birgə müəssiələrin qurulması eləcə də investisiya yatırımının perspektivləri də görüşdə müzakirə olunub.

 

Şirkətin daha bir fəaliyyət istiqaməti ağıllı şəhər konsepti üçün nəzərdə tutulan texnoloji həllərin həyata keçrilməsindən ibarətdir. Bu texnoloji həllər elektrik, qaz, su və digər xərclərə nəzarət, təhlükəsizlik sisteminin qurulması və uzaqdan idarə edilməsi, istehsal sahələrinin monitorinqinin elektron şəkildə aparılması, anbarların avtomatlaşdırılması, eləcə də avadanlıqların monitorinqinin aparılmasına imkan yaradır. Təklif olunan bu texnoloji həllərin gələcəkdə Korporasiyanın müxtəlif istehsalat sahələrində tətbiqi məsələsi də görüşün müzakirə mövzularından olub.   

30.01.2020 04:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ