Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

SOCAR-dan büdcəyə 22 faiz çox ödəniş!

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR-dan büdcəyə 22 faiz çox ödəniş!

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin mart ayında dövlət büdcəsinə 133 milyon 985 min manat vəsait ödənilmişdir. Qeyd edək ki, bu göstərici 2016-cı ilin mart ayı ilə müqayisədə 24 milyon 737 min manat və ya 22,6 faiz çoxdur. Bu barədə "Marja"ya SOCAR-dan bildirilib.

 

Reklam_3_11

Ümumiyyətlə, cari ilin yanvar-mart aylarında büdcəyə 396 milyon 643 min manat vəsait ödənilmişdir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 71 milyon 513 min manat və ya 22 faiz çoxdur. 

Bundan əlavə, 2017-ci ilin mart ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 105 min manat vəsait köçürmüşdür. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 185 min manat və ya 1,7 faiz çoxdur.

 

Cari ilin yanvar-mart aylarında SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 36 milyon 268 min manat təşkil etmişdir ki, bu da 2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə 4 milyon 298 min manat və ya 13,4 faiz çoxdur.

07.04.2017 09:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ