Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Nazir müavini: "Neftin qiymətilə bağlı proqnozlarımız özünü doğruldur"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazir müavini: "Neftin qiymətilə bağlı proqnozlarımız özünü doğruldur"

Cari ilin birinci rübünün yekunları onu deməyə əsas verir ki, dünya birjalarında neftin qiyməti 2017-ci il üçün Azərbaycanın dövlət büdcəsində "qara qızıl"ın baza dəyərindən daha yüksəkdir. Bunu  açıqlamasında maliyyə nazirinin müavini Azər Bayramov bildirib.

 

Reklam_3_11

"Bilirsiniz ki, biz 2017-ci ilin dövlət büdcəsində neftin baza qiymətini 40 dollardan götürmüşük. Birinci rübün yekunları onu göstərir ki, neftin qiyməti planlaşdırdığımızdan daha yüksəkdir. Amma neftin qiymətinə bel bağlamaq olmaz, çünki qiymətlərdə qeyri-stabillik müşahidə olunur. Təbii ki, neftin müxtəlif qiymətləri ilə bağlı bizim ssenarilərimiz var. Qiymətlərə uyğun siyasətimizi yürüdəcəyik", - deyə nazir müavini bildirib.

 

Qeyd edək ki, "Fitch" reytinq agentliyinin hesablamalarına əsasən, neftin 1 barelinin qiyməti 66 dollar təşkil etdiyi halda Azərbaycanın dövlət büdcəsi profisitlə icra olunacaq.

 

Xatırladaq ki, 2017-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 2 mlrd. 370,5 mln. manat vəsait daxil olub, büdcədən 2 mlrd. 191,7 mln. manat vəsait xərclənib. Büdcənin icrasında 178,8 mln. manatlıq profisit yaranıb. Bu məbləğ ümumi daxili məhsulun 1,8%-i səviyyəsində olub.

 

© APA

07.04.2017 10:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ