Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Xarici valyutadakı əmanətlər geri götürülür, dollarlaşma azalır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xarici valyutadakı əmanətlər geri götürülür, dollarlaşma azalır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ilin sonunda fiziki şəxslərin (əhalinin) banklardakı cəmi əmanətləri 8 milyard 637 milyon 915 min manat təşkil edib.

 

“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə əhalinin əmanətləri 262 milyon 535 min manat artıb, Noyabr ayı ilə müqayisədə Dekabr ayında isə 43 milyon 603 min manat azalıb. Azlama xarici valyutadakı əmanətlərin geri götürülməsindən qaynaqlanır.

 

31 Dekabr 2019-cu il tarixində fiziki şəxslərin  banklardakı əmanətlərinin 47,8%-i və ya 4 milyard 132 milyon 732 min manatı milli, 52,2%-i və ya 4 milyard 505 milyon 182 min manatı xarici valyutada olub. Bu nisbətlər Noyabr ayının sonunda müvafiq olaraq 46 və 54% idi. Beləliklə, Dekabrda da əmanətlərin dollarlaşması azalıb.

 

Qeyd edək ki, devalvasiyalardan sonra Azərbaycanda əmanətlərin dollarlaşması 80%-i keçmişdi.

 

Dekabr ayında milli valyutadakı əmanətlər 144 milyon 339 min manat artaraq 4 milyard 132 milyon 732 min manata yüksəlib, xarici valyutadakı əmanətlər isə 187 milyon 943 min manat azalaraq 4 milyard 505 milyon 182 min manata düşüb.

 

2019-cu ilin sonunda fiziki şəxslərin banklardakı cəmi əmanətlərinin 2 milyard 955 milyon 64 min manatını cari hesablar (müddətsiz əmanətlər) təşkil edib. Noyabrın sonu ilə müqayisədə Dekabrda cari hesablar 154 milyon 160 min manat azalıb.

31.01.2020 06:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ