“Standard İnsurance” şirkətinə yeni sədr təyin olunub

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Standard İnsurance” şirkətinə yeni sədr təyin olunub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın sığorta şirkətlərindən olan “Standard İnsurance”-a yeni sədr təyin olunub.

 

Şirkətdən “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, səhmdarların qərarına əsasən şirkətin İdarə Heyətinin sədri vəzifəsinə Kamran Babayev təyin edilib.

 

Kamran Babayev 9 may 1979-cu ildə Bakı şəhərində anadan olub. 1995-1999-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində hüquqşünaslıq, 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin təşkili və idarəedilməsi üzrə bakalavr təhsili alıb.  2005-2006-ci illərdə o, Londonun "Chartered Insurance" İnstitutunda sığorta üzrə təhsilini davam etdirib.

 

Kamran Babayev 2008-2012-ci illərdə "Beynəlxalq Sığorta Şirkəti"ndə Daxili Audit Departamentinin direktoru, 2012-2016-cı illərdə "Buta Sığorta"nın İdarə Heyətinin üzvü, 2017-ci ildən hazırkı təyinatına qədər “Azərbaycan Sənaye Sığorta” Şirkətinin İdarə Heyətinin sədri vəzifələrini icra edib.

 

Xatırladaq ki, “Standard İnsurance” Sığorta Şirkəti 2002-ci ildən etibarən fəaliyyət göstərir. Şirkət “Lloyd’s”un ən böyük brokerlərindən olan “AON” Qrupu tərəfindən “Etibarlı şirkətlər siyahısı”na daxil edilib. “Standard Insurance” 4 növ icbari və 24 növ könüllü sığorta xidməti təklif edir.

31.01.2020 15:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ