Ən yuxarı (mobil)-2_30

Azərbaycanın cənnət bölgəsinə yeni körpü tikilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın cənnət bölgəsinə yeni körpü tikilir

İyirmi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini Qəbələnin mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpünün tikintisi və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun bərpası istiqamətində işlərə başlanılıb.

 

Reklam_3_11

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yeni körpü 12 aşırımlı olmaqla uzunluğu 310 metr, eni isə 9 metr olacaq.

 

Layihə çərçivəsində vətəndaşların körpüdə rahat və təhlükəsiz hərəkətinin təşkili üçün hər bir istiqamət üzrə piyada səkilərinin salınması da nəzərdə tutulur.

 

Hazırda körpünün 13 dayağından 10-da tikinti işləri aparılır. Bundan başqa, avtomobil körpüsünün sağ və sol istinad divarlarının təməlqazma işləri də görülür.

 

Sözügedən ərazidə körpünün olmaması vətəndaşların rahat gediş-gəlişinə maneə yaradırdı. Belə ki, 11 yaşayış məntəqəsinin əhalisi çayın bir tərəfindən o biri tərəfinə keçməkdə çətinlik çəkir, rayon mərkəzinə və ətrtaf yaşayış məntəqələrinə getmək üçün təqribən 30 kilometr əlavə məsafə qət etməli olurdular.

 

Yeni körpünün inşası, həmçinin Bum qəsəbəsindən körpüyə qədər olan yolun yenidən qurulması nəticəsində 20 min əhalinin əlavə yol qət etmədən birbaşa rayon mərkəzinə və qonşu kəndlərə rahat gediş-gəlişi təmin olunacaq, onların yetişdirdikləri kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara daşınmasına imkan yaranacaq. Bu isə öz növbəsində sözügedən ərazidə kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxaracaq, yeni turizm marşrutlarının yaranmasına zəmin yaratmaqla əhalinin həyat şəraitinə müsbət təsir etmiş olacaq.

31.01.2020 08:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ