Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

AtaBank barədə Maliyyə Sabitliyi Şurası tezliklə qərar verəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
AtaBank barədə Maliyyə Sabitliyi Şurası tezliklə qərar verəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"AtaBank-da cox ciddi problemlər var".

 

“Marja-nın məlumatına görə, bunu faiz dəhlizinin parametrlərinin elan edilməsinə həsr edilmiş mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

 

“AtaBank məsələsi Maliyyə Sabitliyi Şurasında müzakirə edilib. Mərkəzi Bank öz təklifini hazırlayıb və bu gün Maliyyə Sabitliyi Şurasına təqdim edəcəkdir. AtaBank barədə qərar tezliklə Maliyyə Sabitliyi Şurasında veriləcək. AtaBankın qorunan əmanətçiləri narahat olmasınlar. Qorunmayan əmənətçilərə də əmanətlərini gəlib qorunan əmanətə çevirmələri üçün bildiriş göndəriləcək, bu barədə AtaBankın rəhbərliyinə göstəriş verilib”,- Elman Rüstəmov deyib.

 

Qorunmayan əmanətlərin, sahibkarların və şirkətlərin hesablarındakı vəsaitin taleyi barədə suala Elman Rüstəmov bildirib: "Mən "AtaBank bağlanacaq" demədim. Biz təkliflərimizi verəcəyik. Bank barədə qərar Maliyyə Sabitliyi Şurasında veriləcəkdir. Mən təkliflərimizi də açıqlaya bilmərəm. Tezlikə bank barədə qərar veriləcəkdir".

 

Xatırladaq ki, 30 Sentyabr 2019-cu il tarixində “AtaBank” 532 milyon 74 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 374 milyon 712 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Eyni tarixdə, Bankda müştərilərin depozitləri 286 milyon 268 min manat, o cümlədən fiziki şəxslərin müddətli depozitləri 253 milyon 9 min manat, hüquqi şəxslərin müddətli depozitləri isə 3 milyon 530 min manat, hüquqi və fiziki şəxslərin tələbli depozitləri isə 29 milyon 728 min manat təşkil etmişdi.

31.01.2020 08:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ