Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanda bu avtomobilə sifariş rekord qırır - 3 GÜNDƏ 1 TIR SATILDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda bu avtomobilə sifariş rekord qırır - 3 GÜNDƏ 1 TIR SATILDI

Yeni il başlar başlamaz ölkədə ən çox gözlənilən avtomobil modeli – Volkswagen Touareg üçün ön sifarişlər başlandı və yenidən keçən ilin ortalarında olan ajiotajın şahidiyik.

 

HƏMÇİNİN OXU:Bu avtomobil Bakıda salona daxil olmadan satılır  

 

“Marja”nın əldə etdiyi məlumata görə, avtomobilin ön sifarişlərinin elan olunduğu ilk 3 gündə ilk gətiriləcək bütün avtomobillər (1 TIR) artıq satılmışdır.

 

Maraqlı məqam burasındadır ki, avtomobillərin istehsalına bu həftə başlanılacağına baxmayaraq, artıq Azərbaycanda sahibləri onları gözləyir.

 

Babək prospektində yerləşən Volkswagen Bakı Mərkəzi flaqman model üzrə sifarişləri qəbul etməkdə davam edir, lakin Volkswagen həvəskarları avtomobilin sifarişi ilə bağlı tələsməlidir, yoxsa istədikləri avtomobili daha gec əldə edə biləcəklər.

 

Volkswagen öz yenilənmiş Touareg modelini 2018-ci ilin ortalarında təqdim edib, o dövrdən avtomobil həm mükəmməl dizaynı, həm də dözümlülüyü və keyfiyyəti ilə Avropa bazarını zəbt edib. Azərbaycana həmin ilin sonlarından gətirilməyə başlayan model çox böyük maraq qazanmış, avtomobillər üzrə illik kvota ilin ortalarında bitmişdir. Hal-hazırda da həmin mənzərənin yaşanması, həmin avtomobil sahiblərinin avtomobil barədə müsbət fikirlərinin və həmin modelin özünü doğrultmasının bariz nümunəsidir.

06.02.2020 06:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ