Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

AzərTürkBank manat əmanətləri üzrə müddətləri qısaltdı, faiz dərəcələrini artırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
AzərTürkBank manat əmanətləri üzrə müddətləri qısaltdı, faiz dərəcələrini artırdı

AzərTürkBank artıq mart ayının 17-dən etibarən 1 may 2017-ci il tarixinidək əmanətlərin qəbulu ilə əlaqədar “Bahar kampaniyası”na başlamışdır.

 

Bankdan “Marja”ya daxil olmuş məlumata görə, yeni qısamüddətli əmanət növlərinin tətbiqi ilə yanaşı, təklif olunan müddət ərzində Bank Azərbaycan manatı ilə qəbul etdiyi əmanətlərin faiz dərəcələrini 15%-dək artırıb.

 

Hazırda AzərTürkBankda milli valyuta ilə yerləşdirilən əmanətlərə görə müddətindən və faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olaraq 10-15% arasında illik gəlir vəd edilir. Yüksək faiz dərəcələrinə baxmayaraq, Bankda yerləşdirilən bütün növ depozitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur.

 

Bankda əmanətçilərə 3 il müddətinə müştərinin şəxsi məqsədləri və depozit üzrə faizlərin əldə edilməsi üçün ödəniş kartı da hədiyyə edilir.

07.04.2017 11:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ