Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Karat Holdinq" Rusiyada sanatoriya kompleksinə 25 milyon dollar yatıracaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Karat Holdinq" Rusiyada sanatoriya kompleksinə 25 milyon dollar yatıracaq

"Karat Holdinq" MMC Rusiyanın Stavropol vilayətinin Kislovodsk şəhərində müasir sanatoriya kompleksi yaradacaq. Bunu  açıqlamasında holdinqin rəhbəri Taleh Qasımov bildirib.

 

Reklam_3_11

Onun sözlərinə görə, Bakıda keçirilən AITF-2017 beynəlxalq turizm sərgisində "Akademik" sanatoriyasının rekonstruksiyası ilə bağlı üçtərəfli saziş imzalanıb. Sənədə T.Qasımov, Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov və Kislovodsk şəhərinin administrasiyası sədrinin birinci müavini Maksim Naqornov imza atıb.

 

Holdinq rəhbəri bildirib ki, layihənin ümumi dəyəri təxminən 25 mln. dollar təşkil edir: "Bu məbləğin 60%-ini Rusiya tərəfinin güzəştli kreditləri təşkil edir, qalan hissəni isə "Karat Holdinq" öz vəsaiti hesabına təmin edəcək".

 

T.Qasımov bildirib ki, sözügedən layihə kurort industriyasının inkişafı baxımından ciddi potensiala malikdir: "Layihənin 3000 kilometr ətrafına nəzər salsaq görərik ki, bunun alternativi olduqca azdır. Bu isə bizim investisiya planlarımıza təsirsiz ötüşməyib".

 

İlkin hesablamalara görə, layihənin reallaşdırılması 150 yeni iş yerinin yaradılmasına səbəb olacaq.

 

Qeyd edək ki, layihənin reallaşdırılması 1990-cı illərdən baxımsız vəziyyətdə olan 450 yerlik kompleksin rekonstruksiyasını nəzərdə tutur.

07.04.2017 11:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ