Ən yuxarı statik reklam-3_3

Azərbaycandan Pakistan vә Cәnubi Koreyaya nümunә mürәbbә göndərilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandan Pakistan vә Cәnubi Koreyaya nümunә mürәbbә göndərilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Әsas mәqsәdimiz Rusiya bazarından asılılığı minimuma endirmәk vә alternativ bazarlara daha çox üstünlük vermәkdir”.

 

“Marja” xəbər verir ki, bu, “Aqrar tәdarük vә tәchizat” Açıq Sәhmdar Cәmiyyәti tәrәfindәn 2019-cu il әrzindә görülmüş işlәr barәdә Hesabatda bildirilir.

 

Hesabatda qeyd edilib ki, qısa zamanda әldә etdiyimiz nәticәlәr bunun bariz göstәricisidir. Misal üçün: Nigeriyaya gilas, nar ixracı, Dubaya armud, gilas vә yumurta ixracı hәyata keçirilmişdir: “Hazırda Körfәz ölkәlәri, Şәrqi vә Mәrkәzi Avropa, Afrika, Çin, Sinqapur, Hindistan vә digәr yeni ölkәlәrlә danışıqlar aparılır. Pakistan vә Cәnubi Koreyaya isә nümunә olaraq mürәbbә, noxud, düyü, cem, meyvә quruları göndәrilmişdir. Danışıqlar nәticәsindә ilk addımlar atılıb vә yaxın zamanda ixrac әmәliyyatlarının baş tutacağı gözlәnilir. Qeyd etmәk lazımdır ki, Ukrayna bizә yaxın olsa da bu ölkәyә ixrac göstәricilәrimiz yüksәk deyil. Bu baxımdan, Ukrayna bazarı bizim üçün böyük potensial olan ölkәdir vә ASC tәrәfindәn bu ölkәyә üzüm, pomidor vә sarımsaq ixracı hәyata keçirilmişdir”.

03.02.2020 07:24

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ