Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Koronavirusa görə Azərbaycan pomidorunun qiyməti qalxdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Koronavirusa görə Azərbaycan pomidorunun qiyməti qalxdı

Rusiya Çinlə sərhədlərini bağladığı üçün Vladivostok mağazalarında xiyar və pomidor yoxa çıxıb.

 

Reklam_3_11

Məlumata görə, regionda əsas riteyler şirkəti "Samberi"nin şəbəkəsində badımcan, xiyar və pomidor yoxdur. Hərçənd sərhədlərin bağlanmasından əvvəl gətirilən Çin soğanı və çuğunduru hələ satışda var.

 

"Samberi" mağazasının inzibatçısı deyib ki, satışda tərəvəzlər yoxdur, çünki Çin təchizatı dayandırıb. Primorye istehsalçıları isə xiyar və pomidorun qiymətini hər kiloqrama görə 550-600 rubla qədər qaldırıblar. Müqayisə üçün qeyd olunur ki, koronovirus epidemiyasına görə sərhədlərin bağlanmasından əvvəl mağazalarda Çin xiyarı və pomidoru cəmi 100-160 rubla satılırdı.

 

"Yaxın aylarda situasiya belə görünür ki, dəyişməyəcək. Bizim şəbəkə yerli istehsalçılardan o qiymətə tərəvəz almağa hazırlaşmır",-inzibatçı deyib.

 

"Remi" ticarət şəbəkəsinin nümayəndəsi Dmitri Suleyev isə bildirib ki, yerli istehsalçılar qiyməti kəskin qaldırıb, üstəlik istixanalar malı ancaq nəğd satır. Ticarət şəbəkəsi isə nəğd mal ala bilməz.

 

Onun bildirdiyinə görə, hələlik Vladivostoka təyyarə ilə Azərbaycandan tərəvəz gətirilir. Azərbaycan pomidoru Vladivostokda kiloqramı 550 rubldan (təqribən 9 ABŞ dolları) satılır. Bu həftə Türkiyə pomidoru da bazara daxil olmalıdır, gözlənilir ki, qiyməti 300 rubl olacaq.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© Virtualaz

03.02.2020 10:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ